Xəbər lenti
Azərbaycanda bu qaydalar sərtləşdirildi
Qərara əsasən, elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibi dəqiqləşdirilib. Belə ki, "Elektrik qurğularının texniki istismar Qaydaları"na uyğun olaraq formalaşdırılan komissiyaya gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğuları üzrə elektrik təhlükəsizliyi sahəsində V qrupdan aşağı olmayan, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üzrə isə IV qrupdan aşağı olmayan mütəxəssislər cəlb olunacaq.
İndiyədək isə gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün isə IV qrupdan aşağı ixtisasa malik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulurdu.
Beləliklə, əvvəlki redaksiyada "aşağı qrupa malik" ifadəsi yer alırdı ki, bu da IV və ya V qrupdan aşağı səviyyəni nəzərdə tuturdu. Yeni dəyişikliklə isə "aşağı olmayan qrupa malik" anlayışı tətbiq olunur və bu, müvafiq olaraq IV və ya V qrup, eləcə də daha yüksək ixtisasa malik mütəxəssislərin prosesə cəlb edilməsini təmin edir. Nəticədə, sınaq və qiymətləndirmə prosesində yalnız kifayət qədər ixtisaslı və təcrübəli şəxslər iştirak edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































