Sizin Reklam Burada
Xəbər lenti
01-01-2026
BÜTÜN XƏBƏRLƏR

"Turbo.az”ın sahibinin sərvəti açıqlandı

Tarix: 03-01-2026 10:11     Baxış: 424 A- / A+

"Blumberq" agentliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün - "turbo.az", "tap.az", "boss.az" və "bina.az"ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti 5,1 milyard dollar təşkil edib.
Manevr.az yeniavaz.com-a istinadla xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes"in hesablamasına görə isə Mixail Lomtadzenin sərvəti 5,8 milyard dollara yüksəlib.
Qeyd olunur ki, hər iki reytinqdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur.
Bildirilib ki, gürcü milyarderlərinin sərvəti yalnız "Blumberq" terminalı vasitəsilə görünür və ictimai şəkildə açıqlanmır. Hazırda dünyanın ən varlı 500 insanı siyahısına düşmək üçün sərvət həddi 6,3 milyard dollardır. Bu səbəbdən Mixail Lomtadze hələlik bu açıq siyahıya daxil edilmir.
Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan "Kaspi.kz"nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan "Kaspi Bank"ın 23%-lik səhminə nəzarət edir.
Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan "turbo.az", "tap.az", "boss.az" və "bina.az"ı nə zaman satın aldığı bilinmir.
Lakin bu saytların bağlı olduğu "DİGİTAL CLASSİFİEDS" MMC (VÖEN - 1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.
Reytinqdə adı çəkilən digər gürcü milyarderi - hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin sərvəti "Blumberq" qiymətləndirməsinə əsasən 3,6 milyard dollar, "Forbes" məlumatına görə isə 2,7 milyard dollar olaraq göstərilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar