Xəbər lenti
Füzulidə müəmmalı yanğınlar: Fermerin təsərrüfatı alova bürünür
Füzuli rayonunun Qaraxanbəyli kənd sakini İsmayıl İsmayılov təsərrüfatında silsilə yanğınların törədildiyini iddia edir.Onun sözlərinə görə, son dörd ay ərzində təsərrüfatında ümumilikdə altı yanğın hadisəsi baş verib.
İsmayıl İsmayılov hazırda Qayıdış qəsəbəsində məskunlaşıb. O bildirib ki, ailə üzvləri və yaxınları ilə birlikdə xırdabuynuzlu heyvan təsərrüfatı ilə məşğuldur.
Təsərrüfat sahibinin sözlərinə görə, ardıcıl şəkildə baş verən yanğınlar nəticəsində ona külli miqdarda maddi ziyan dəyib. Son dörd ayda altı yanğın hadisəsinin qeydə alınması ailənin narahatlığını daha da artırıb.
İsmayıl İsmayılov qeyd edib ki, sonuncu yanğınlar ötən ilin dekabr ayının 29 və 31-də, eləcə də bu il yanvarın 1-də baş verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis orqanlarına Füzuli rayon sakinlərindən şikayət ərizələri daxil olub. Polis əməkdaşları tərəfindən vətəndaşların izahatları alınıb, müvafiq prosessual hərəkətlər həyata keçirilib.
Hazırda Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcəyi bildirilib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































