Xəbər lenti
Bu ölkə taktiki silahların istehsalını iki dəfədən çox artırır

Şimali Koreya lideri Kim Çen In hərbi zavodda taktiki idarəolunan silahların istehsalı ilə tanış olub və istehsal gücünün 2.5 dəfə artırılması barədə göstəriş verib.
Bu barədə Şimali Koreyanın KCNA dövlət xəbər agentliyinə xəbər verir.
"Bizim hərbi sənayemiz mövcud vəziyyətə uyğunlaşmaq, eyni zamanda həm cari sursat istehsalını, həm də istehsal xətlərinin modernləşdirilməsini təmin etmək üçün istehsalı və texniki yenilənməni ciddi şəkildə təşkil etməlidir", - deyə Kim Çen In qeyd edib.
Onun sözlərinə görə, Şimali Koreyada istehsal olunan taktiki idarəolunan silahlar yüksək atəş gücünə malikdir və hazırda ordunun balansında olan yaylım atəşli raket sistemlərini tamamilə əvəz etməlidir.
Şimali Koreya lideri vurğulayıb ki, hərbi hissələrin yeni növ silahlarla yenidən silahlandırılması prosesi artıq bu ilin birinci yarısında başlamalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































