Sizin Reklam Burada
Xəbər lenti
05-01-2026
04-01-2026
BÜTÜN XƏBƏRLƏR

Siqaretlər kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Tarix: 05-01-2026 11:35     Baxış: 342 A- / A+

Siqaretlər kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda siqaret qiymətləri kəskin artıb.
Manevr.az xəbər verir ki, bir qutu siqaretin qiyməti orta hesabla 30-60 qəpik artıb.
Əvvəllər 2 manat 60 qəpiyə olan “Magna”nın bir qutusu hazırda 2 manat 90 qəpik, 3 manat 10 qəpiyə satılan “Pall Mall” 3 manat 40 qəpik, 3 manat olan “LD” 3 manat 30 qəpik, 4 manat 20-yə satılan “Winston” 4 manat 80 qəpik, 4 manat 40 qəpik olan “Kent” 4 manat 80 qəpik, 4 manat 70 qəpiyə satılan “Sobranie” isə 5 manat 10, "Want" isə 3:10-dan qalxaraq 3 manat 40 qəpik olub.
Marketlərdə təklif olunan qiymətlər təxminən belədir. Köşklərdə isə siqaretlər təxminən 20 qəpik daha baha satılır.
Satıcıların sözlərinə görə, siqaretlər artıq 3 gündür ki, market və kiosklarda cari qiymətə təklif edilir.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar