Sizin Reklam Burada
Xəbər lenti
04-01-2026
03-01-2026
BÜTÜN XƏBƏRLƏR

Camışların sayında kəskin azalma: Restoranlarda mal əti adı ilə təqdim olunur?

Tarix: 04-01-2026 16:13     Baxış: 338 A- / A+
Camışların sayında kəskin azalma: Restoranlarda mal əti adı ilə təqdim olunur?
Azərbaycanda 1 oktyabr tarixinə inək və camışların sayı 1 milyon 217 min 982 baş olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 320 baş, yaxud 1,40% azalma deməkdir. Ötən ilin eyni dövründə ölkədə 1 milyon 235 min 302 baş inək və camış qeydə alınmışdı.

Məlumata görə, sözügedən heyvanların 5 min 128 başı Bakının payına düşüb. Paytaxtda inək və camışların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 216 baş, yaxud 4,04% azalıb.

Ötən ilin eyni dövründə Bakıda bu göstərici 5 min 344 baş təşkil edib.

Camışlarının sayının azalması barədə müxtəlif mülahizələr var. İddialardan biri də odur ki, son zamanlar ətin bahalaşması səbəbi ilə camışlar kəsilib restoran və şadlıq evlərinə verilir.

Manevr.az
-ın məlumatına görə, bu iddiaya münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, camışlarının baş sayının azalması onların ətlik istiqamətində kəsilməsi ilə bağlı deyil:

"Baxmayaraq ki, ət sevənlər çox zaman camış balasının - kəlçənin ətinə xüsusi maraq göstərirlər. Camış əti tərkibinə görə inək ətindən heç də keyfiyyətsiz deyil. Camışlar xəstəliklərə davamlıdırlar. Xüsusilə də, dabaq xəstəliyinə qarşı onlarda güclü immunitet var. Bundan əlavə, camışın yağı və qatığı yüksək kalorili və yağlı olur. Amma camışlar inəklərə nisbətən daha az süd verirlər. Ona görə də camışları saxlamaq kiçik təsərrüfatlar üçün rentabelli deyil”. 

Müsahib camışların baş sayının azalmasını təbii hal hesab edir:

"Çünki onların bəslənilməsi üçün şərait kasadlığı var. Camışları bəsləmək, inəklərdən xeyli çətindir. Xüsusilə yay aylarında bu problem daha da böyüyür. Çünki camışlar isti havalarda suda yatır. Su hövzəsi, gölməçəsi olmayan əraizdə də bu heyvanları isti havada saxlamaq çətin olur. Üstəlik camışları uzun müddət qapalı şəraitdə saxlamaq olmur. Bu heyvanlar daim təbiətdə olmağı xoşlayırlar. Təbii örüş sahəsi olmayan ərazilərdə camış bəsləmək mümkünsüzdür”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar