Sizin Reklam Burada
Xəbər lenti
01-01-2026
BÜTÜN XƏBƏRLƏR

Tesla taxtdan endi: Elektromobil bazarında yeni lider BYD-dir

Tarix: 03-01-2026 09:53     Baxış: 327 A- / A+

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Tesla şirkəti 2025-ci ildə qlobal elektromobil satışlarında lider mövqeyini itirib. Şirkət bu göstəricidə ilk dəfə olaraq Çin istehsalçısı BYD-nin gerisində qalıb.
Manevr.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi xəbər yayıb. Bildirilir ki, Tesla-nın elektromobil tədarük həcmi ardıcıl ikinci il azalma göstərib və ötən il bu geriləmə təxminən 9 faiz təşkil edib. Eyni dövrdə BYD satışlarını artıq beşinci rüb ardıcıl artırmağa nail olub.
Mütəxəssislər Tesla-nın çətinliklərini əsasən Model Y avtomobilinin yenilənməsi ilə əlaqələndirir. Bu proses zavodlarda istehsalın yenidən qurulmasını tələb edib və tədarük zəncirinə mənfi təsir göstərib. Bununla yanaşı, BYD daha geniş model xəttinə sahibdir və bazara daha çox əlçatan qiymətli elektromobillər təqdim edir. Çin şirkətinin modellərinin böyük hissəsi Tesla-nın ən çox satılan Model Y və Model 3 avtomobillərindən xeyli ucuzdur.
Bloomberg-in qiymətləndirməsinə əsasən, Tesla-nın fəaliyyətinə İlon Maskın siyasi aktivliyi də mənfi təsir göstərib. Onun Respublikaçılar Partiyasına və ABŞ Prezidenti Donald Trampa yaxınlığı, eləcə də ABŞ Hökumətinin Səmərəliliyi İdarəsində (DOGE) rolu şirkətin imicinə və satışlarına təsirsiz ötüşməyib.
Qeyd olunur ki, BYD hazırda ABŞ bazarında fəaliyyət göstərmir, lakin yüksək rəqabətli Çin avtomobil bazarında mövqeyini gücləndirərək qlobal liderliyə yüksəlməyi bacarıb.milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar