Sizin Reklam Burada
Xəbər lenti
04-01-2026
03-01-2026
BÜTÜN XƏBƏRLƏR

Amerikalılar Maduronun arvadını niyə tutdu...

Tarix: 03-01-2026 23:16     Baxış: 335 A- / A+
Amerikalılar Maduronun arvadını niyə tutdu...
ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən Karakasda Venesuela lideri Nikolas Maduro ilə yanaşı onun həyat yoldaşı Silia Flores də saxlanılıb.

ABŞ istintaq orqanları bildirir ki, Maduraya qarşı irəli sürülən narkotik ticarəti və transmilli cinayət ittihamlarında Floresin rolu ayrıca və mərkəzi əhəmiyyət daşıyır.

Amerika tərəfinin mövqeyinə görə, Silia Flores təkcə prezidentin həyat yoldaşı olmayıb. O, Venesuelada uzun illər ərzində hüquq sistemi və dövlət institutları üzərində real təsir imkanlarına malik fiqur kimi təqdim olunur. Məlumata görə, Flores vaxtilə mərhum lider Huqo Çavezin şəxsi vəkili olub, 1990-cı illərdə onun həbsdən azad edilməsində mühüm rol oynayıb və sonradan “Bolivariya inqilabı”nın hüquqi əsaslarının formalaşdırılmasında iştirak edib.

İstintaq materiallarında qeyd olunur ki, Flores 2006–2011-ci illərdə Milli Assambleyanın sədri olub və həmin dövrdə siyasi nüfuzundan istifadə edərək Maduronun əvvəlcə parlament rəhbərliyinə, daha sonra isə prezident postuna gedən yolunu açıb.

ABŞ kəşfiyyat mənbələri Venesueladakı idarəetməni illərdir “ikiqat prezidentlik” modeli kimi təsvir edir: Maduro ictimai sima rolunda çıxış etdiyi halda, Silia Floresin məhkəmə sistemi, maliyyə qurumları və dövlət neft şirkəti daxil olmaqla bir sıra strateji sahələrə nəzarət etdiyi iddia olunur.

Floresin adının narkotik işi ilə birbaşa hallanması isə 2015-ci ilə gedib çıxır. Barak Obama administrasiyası dövründə ABŞ xüsusi xidmət orqanları Haitidə Floresin iki yaxın qohumunu saxlamışdı. ABŞ prokurorluğunun məlumatına görə, diplomatik pasportlarla səyahət edən, lakin diplomatik toxunulmazlığı olmayan həmin şəxslər ABŞ ərazisinə 800 kiloqram kokain keçirməyə cəhd göstəriblər. Məhkəmədə verilən ifadələrdə narkotik satışından əldə olunacaq vəsaitin Maduronun siyasi kampaniyasının maliyyələşdirilməsinə yönəldiləcəyi bildirilib.

Bu etiraflar Vaşinqtonun arqumentlərində əsas sübut kimi göstərilir. Məhz bu fonda 2018-ci ildə ABŞ Maliyyə Nazirliyi Silia Floresə qarşı fərdi sanksiyalar tətbiq edib ki, bu da dövlət başçısının həyat yoldaşı ilə bağlı nadir presedentlərdən sayılır.

ABŞ istintaqının son mərhələsində Floresin saxlanılmasının əsas səbəbinin maliyyə xarakterli olduğu vurğulanır. Kəşfiyyat məlumatlarına əsasən, Floresin geniş ofşor şəbəkəsinə çıxışı var və narkotik ticarətindən əldə olunan milyardlarla dolların yuyulmasında əsas fiqurlardan biri hesab olunur. ABŞ tərəfi bu pulların bir hissəsinin Türkiyə, Rusiya və Çin kimi ölkələrdə gizlədildiyini iddia edir və Floresin həbsi ilə həmin vəsaitlərin izinə düşməyi hədəfləyir. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar