Xəbər lenti
DYP sürücüləri diqqətli olmağa çağırış etdi

Yeni ilin ilk həftəsində bayram günlərinin həftə sonu qeyri-iş günləri ilə ardıcıllıq təşkil etməsi qarşıdakı günlərdə paytaxtdan bölgələrə və əks istiqamətdə hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağından xəbər verir. Təhlükəsizlik baxımından, eləcə də proqnozlaşdırılan sıxlığının yol hərəkəti iştirakçılarının bayram əhval-ruhiyyəsinə təsirsiz ötüşməsi üçün səfərə hazırlaşan sürücü və sərnişinlərin bəzi tövsiyələrə əməl etməsi vacibdir.
Manevr.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Səfərə hazırlaşan sürücülər ilk növbədə nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər. Unutmaq olmaz ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.
Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin.
Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunla üzərilərinə düşən vəzifələri yerinə yetirməyi, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinməyi, nəqliyyatı idarəetmə zamanı onların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamağı və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamağı tövsiyə edirik.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni ildə hər bir hərəkət iştirakçısına səadət və təhlükəsiz yol arzulayır!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































