Xəbər lenti
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası
Dövrümüzdə pulsuz ictimai Wi-Fi şəbəkələrinə demək olar ki, hər yerdə - küçə, metro və avtobuslarda; otel və ya restoran kimi məkanlarda rast gəlmək olar. Ümumiyyətlə, bu tip şəbəkədən istifadə etmək üçün şifrəyə ehtiyac yoxdur - sadəcə qoşulursunuz və artıq onlaynsınız. Praktikada bu çox rahatdır, lakin təəssüf ki, bu vəziyyət təcavüzkarlar üçün fürsətlər yaradır.
İş orasındadır ki, pulsuz Wi-Fi şəbəkələri getdikcə daha çox yayılır, təcavüzkarlar da bu tendensiyanı izləyirlər. Saxta şəbəkəni rəsmi şəbəkədən ayırmaq çox çətin ola bilər, ona görə də internetə yalnız evdə və ya mobil internet vasitəsilə qoşulmaq daha yaxşıdır. Bu, bütün vəziyyət və şəraitlərdə tamamilə rahat və ya praktik olmasa da, əlbəttə ki, ən təhlükəsiz yoldur. Çox vaxt daimi əlaqədə qalmaq üçün internetə çıxışınız olmalıdır. İnternetdən istifadə edərkən ödəniş məlumatları, müxtəlif xidmətlər üçün giriş və şifrələr, sənədlər və yazışmalar kimi çox sayda qiymətli məlumatlar ötürülür. Əgər onlar cinayətkarın əlinə keçərsə, o, bütün bank vəsaitlərinizi öz hesabına köçürə, istifadəçi hesablarını oğurlayıb, onlar vasitəsilə spam yaya və ya dostlarınızdan pul istəyə bilər. Şəxsi yazışmaları əldə edərək hətta şantaja da baş vura bilərlər. Təhlükəsiz şəbəkəyə iş cihazından qoşulmaq isə işəgötürənin kommersiya məlumatlarını yanlış əllərə təhvil verə bilər. Bəzi hallarda cinayətkarlar cihazı hətta təhlükəli Wi-Fi ilə əlaqəsi kəsdikdən sonra belə yerində qalacaq zərərli proqramla sakit şəkildə yoluxdura bilərlər. Kaspersky bu problemlərin qarşısını almağa kömək edəcək 7 sadə qaydanı paylaşır:
Manevr.az

1. İctimai Wi-Fi şəbəkələrinə güvənməyin
Unutmayın ki, şifrəsiz Wi-Fi şəbəkələri yalnız vacib məlumatlarla əlaqəli olmayan onlayn fəaliyyətlər üçün münasibdir: onlar vasitəsilə ötürdüyünüz və qəbul etdiyiniz məlumatlar eyni şəbəkəyə giriş əldə edən hər kəs tərəfindən izlənə bilər, məsələn, həmin şəxs sizinlə eyni hava limanında və ya qatarda olan onlarla yad adamdan biri ola bilər.
2. Giriş nöqtələrinin adlarını yoxlayın
Bəzi təcavüzkarlar daha da irəli gedirlər: mövcud ictimai Wi-Fi şəbəkələrinə qoşulmaq əvəzinə, özlərinin şəbəkəsini yaradır və qurbanlarını oraya cəlb edirlər. Cihazlarınızdan alınan məlumatlar ruter vasitəsilə İnternetə ötürüldüyü üçün, şəbəkənin etikanı gözləməyin sahibi məlumatlarınızı asanlıqla ələ keçirə bilər. Kimisə cinayətkarın qurduğu tələyə salmaq üçün giriş nöqtəsinin adı hətta biznes mərkəzinizin və ya sevimli kafenizin Wi-Fi şəbəkəsinin adına uyğun adlandıra bilər. Mövcud giriş nöqtələrinin siyahısını diqqətlə öyrənin, adlarını işarələrlə müqayisə edin, sizə tanış gələn ilk şəbəkəyə qoşulmayın. Səhv söz sırası, hərfləri oxşar rəqəmlərlə əvəz etmək, əlavə dəyişikliklər saxta şəbəkəni müəyyən etməyə kömək edə bilər.
3. Şəbəkələrə avtomatik qoşulmaqdan imtina edin
Batareyaya qənaət etmək üçün cihazı istifadə etmədiyiniz zaman Wi-Fi bağlantısını söndürün. Cihazınınızın şəbəkələrə avtomatik qoşulma funksiyasını deaktiv edin (bunu adətən Wi-Fi parametrlərində edilə bilərsiniz). İctimai Wi-Fi şəbəkələrindən istifadəni bitirən kimi onları bağlantılar siyahısından silin ("unudun -forget”).
4. Autentifikasiya tələb edən xidmətlər üçün güvnmədiyiniz Wi-Fi şəbəkəsindən istifadə etməyin
Həssas məlumatları saxlayan hər hansı hesablara (xüsusilə də maliyyə məlumatları) yalnız təhlükəsiz ev və ya korporativ internet şəbəkəsindən daxil olmaq ən yaxşı seçimdir. Ancaq yaranmış hər hansı vəziyyət sizi təcili olaraq kartın balansını yoxlamağa və ya dövlət xidmətlərinə daxil olmağa məcbur edərsə, bunu mobil internet vasitəsilə edin. Bahalı və rouminq olsa belə, tərəddüd etməyin, çünki şübhəli Wi-Fi nöqtəsi vasitəsilə məxfi məlumatlarınızın sızması sizə daha baha başa gələcək.

5. Bağlantı kanalını qorumaq üçün cihaza öncədən tətbiq quraşdırın
İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən cihazlarınızı qorumağın etibarlı yolu onlara əvvəlcədən etibarlı qoruma tətbiqləri quraşdırmaqdır. Sorğunuzu ruterə göndərməzdən əvvəl şifrələyən təhlükəsiz bağlantı proqramları var ki, şəbəkənin sahibləri və digər şəbəkə ziyarətçiləri sizin nəyi və haraya göndərdiyinizi bilə bilməzlər (bu texnologiya virtual özəl şəbəkə yəni VPN adlanır). Bununla hətta ictimai şəbəkələrdə gəzmək də məlumatlarınız üçün təhlükəsiz olacaq.
6. Məlumatlarınızı etibar edə biləcəyiniz müsbət reputasiyalı şirkətlərin təhlükəsizlik proqramlarından istifadə edin
Təhlükəsiz bağlantı üçün həll seçərkən, onu yaradanlara etibar etməyə hazır olduğunuzdan əmin olun. Məlumatlarınızı toplamayan və üçüncü tərəflərə satmayan müsbət reputasiyaya malik şirkətləri seçin. Məsələn, əksər Kaspersky həllərində və ixtisaslaşdırılmış Kaspersky Secure Connection proqramında mövcud olan təhlükəsiz bağlantı etibarlı və təhlükəsiz OpenVPN protokolundan istifadə edir və istifadəçinin trafik qeydlərini saxlamır.
7. Bağlantı təhlükəsizliyini istənilən ictimai şəbəkədə avtomatik işə düşəcəyi şəkildə quraşdırın Təhlükəsiz bağlantı vacib proqramları açmazdan əvvəl əl ilə aktivləşdirilə bilər, lakin təkcə yaddaşınıza etibar etməməkdə fayda var. Hər hansı ictimai şəbəkəyə qoşulduqda təhlükəsiz bağlantı funksiyasını avtomatik işə düşəcəyi şəkildə quraşdırın (əgər proqramda belə bir funksiya varsa). Əgər siz Kaspersky Secure Connection-dan istifadə edirsinizsə, onda sürətdən narahat olmaq lazım deyil, zolaq genişliyi hətta video yayımı üçün də kifayətdir. Həssas məlumatlarla işləyirsinizsə, Kaspersky Secure Connection-da Kill Switch funksiyasını aktivləşdirin. Bu təhlükəsizlik həlli təhlükəsiz bağlantı qurulana və məlumatların ələ keçmə riski aradan qaldırılana qədər məlumatların göndərilməsini tamamilə bloklayır./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar