Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

İnsan necə düşünür və davranır...

Tarix: 07-02-2025 19:09     Baxış: 242 A- / A+
             Fərasət Babazadə 
             NDU-nun filologiya ixtisası üzrə II kurs tələbəsi




İnsanlar dünyaya açıq və səs-küylü  bir  həyatın  içində  gözlərini açırlar. Bəzi insanlar bu səs küydə çiçəklənir,  enerjilərini başqalarından alır, diqqət mərkəzində  olmaqdan zövq alırlar.
Digərləri isə səssizlikdə, düşüncələrində rahatlıq tapır,    kənardan baxmağı, müşahidə etməyi və dərin düşüncələrə  dalmağı üstün tuturlar. Bu, intravert və ekstravertlərin təməl fərqlərindən biridir.
Lakin bu fərqlilik insanın dəyərini müəyyən edən bir ölçü deyil,  əksinə, insanın öz mahiyyətini anlamaq üçün açardır.
Susan Cain’in Sessiz kitabı bizə göstərir ki, müasir dünya  ekstravertlərin  üstünlük  təşkil etdiyi  bir sistemlə idarə  olunur. İş dünyasında, təhsildə, hətta gündəlik sosial  münasibətlərdə yüksək səsli, özünəinamlı və dinamik insanlar daha çox diqqət çəkir. Lakin Cainin vurğuladığı ən vacib məqam budur: səssizlik, dərin düşüncə və təklik də gücdür.
Ekstravert insanlar enerjini xaricdən alırlar. Onlar ünsiyyət zamanı özlərini daha rahat hiss edirlər, yeni insanlarla tanış olmaq, sosial mühitlərdə olmaq onlara  güc verir. Qərarlarını tez verirlər, risk almağa meyillidirlər  və onların həyatı bir növ axıcılıq içindədir. Ekstravertlər sanki daim hərəkətdə olmalı, daim başqaları ilə qarşılıqlı əlaqədə  qalmalıdırlar ki, özlərini canlı hiss etsinlər.
İntravertlər  isə tam fərqli bir yanaşmaya malikdirlər. Onlar enerjini öz daxillərindən alır, düşüncələrində və daxili  dünyalarında yaşayırlar. Onlar üçün sosial qarşılıqlı əlaqə  yorucu ola bilər və çox zaman tək qalmaqla yenilənməyə  ehtiyac duyurlar. İntravertlər müşahidəçidirlər, detalları incələyir, hər bir hadisəyə dərindən yanaşır və qərarlarını ölçüb-biçərək verirlər. Onların səssizliyi yanlış anlaşıla bilər, amma bu səssizlik çox zaman dərin bir düşüncənin əksidir. 
Cain bu yazısında öz peşəsinin, yəni yazıçılığın belə bu insan xarakteri fərqliliklərindən öz nəsibini aldığınıda vurğulayır. Yazıçılar əksər hallarda qapalı xarakterli insanlar olurdu. Əslində tam olaraq introvert peşəsi idi yazıçılıq. Susan Cain diqqət etdiyi nöqtə budur ki, artıq yazıçılıqda belə vəziyyət dəyişib. Artıq yazıçılar belə kitab yazdıqları zaman, televiziya, radio proqramlarına çıxaraq kitablarını tanıdırlar. Buna görə də yayın evləri ən çox sosial insanların kitablarını çap edirlər. Beləliklə, yazıçılar, şairlər belə artıq özləri olmaqdan imtina edir, ünsiyyətcil bir insan olmağa çalışırlar. XIX əsrdə bizə təbliğ olunan, özünü inkiaf üçün yazılan kitablarda təkrar olunan sözlər: vətəndaşlıq, xeyirxahlıq, etibar, dürüstlük, vəzifə kimi sözlər idi. XX əsrə gələndə isə bu sözlər: coşqun, enerjili, güclü, gözəl, ünsiyyətcil kimi bəzi sözlərlə əvəz olunur. 
Susan Cain isə deyir ki, “Bəzi ən dahi ideyalar  və dərin  düşüncələr səssiz mühitlərdə, tək qaldığımız anlarda yaranır.” Bu, bizə göstərir ki, cəmiyyətin səs-küylü və  ekstravert modelləri mütləq uğurun açarı deyil.
Sosial insanlar yüksəldikcə gözdən düşənlər qapalı  xarakterli insanlar oldu. Artıq valideynlər və müəllimlər  özünəqapanıq uşaqları bir problem olaraq görməyə  başladılar. Necə edim ki, bu uşağı düzəldib ünsiyyətcil,  sosial bir insan olsun deyə düşünüb narahatlıqlara  qapıldılar. 
İntravertlər özlərini bəzən “uğursuz” hiss edə bilərlər, çünki  dünya onlardan daim daha açıq, daha sosial olmağı  gözləyir. Ancaq bu zəiflik deyil. Bu, fərqli bir güc formasıdır. Qapalı xarakterli insanlar daha dərindən düşünə bilirlər, incə detalları görə bilirlər, qarşılarındakı insanı daha yaxşı dinləyə bilirlər. Onların səssizliyi, dərinliyi  bəşəriyyət üçün əvəzedilməz bir dəyərdir.
Bizə təlqin olunan ideal insan modelini sorğulamaq və  fərqliliyin dəyərini anlamaq vacibdir. Cain’in kitabı göstərir ki,cəmiyyət təkcə yüksək səslə danışanları yox, həm də sakit  düşünənləri dinləməlidir. İnsanlar öz təbiətlərinə uyğun  yaşadıqda, həqiqi  potensiallarını ortaya çıxara bilirlər.
İstər içədönük ol, istər çölədönük – əsas məsələ, özünü  dərk edib, səni sən edən xüsusiyyətləri  qəbul etməkdir.  Çünki insanı dəyərli edən, cəmiyyətin ona biçdiyi rol deyil, onun özü olmasıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar