Xəbər lenti
Yeni dünya kimlərlə və hansı dəyər sistemi ilə qurulacaq?

Sevil Nuriyeva
Köhnəlmiş ölkələr, tükənmiş sistemlər yeni nizamın məhək daşıdır. Bu onu göstərir ki, tükənmişliyə və yorğunluğa qalib gələ bilməyənlər oyundan kənarda qalacaq.
Dünya çoxqütblüyə doğru inkişaf edir; Amma bu yeni nizamda kimin söz sahibi olacağı və hansı dəyərlərin həlledici olacağı hələ bəlli deyil.
İkinci Dünya Müharibəsindən sonra müdafiə xərclərini azaldan Avropa uzun müddət təhlükəsizlik sistemi ilə maraqlanmadı. Qlobal bir aktor kimi qurulan NATO, bütün görünən üzvlərini qorumaq üçün qurulmuşdu. Tarix boyu sistemin ABŞ və Böyük Britaniyanin qlobal gücləri arasında tərəfdaşlıq əsasında müəyyən edildiyini görmüşük. Dəstək siyasətlərini onlar formalaşdırdılar. ABŞ və Böyük Britaniya kimin dəstəklənəcəyinə, kimin dəstəklənməyəcəyinə qərar verdi.
Heç vaxt unutmamışıq: NATO üzvü Türkiyə, sərhəddən gələn raket hücumlarına, terror təhdidlərinə qarşı Patriot hava hücumundan müdafiə sistemi tələb etdi lakin təmin etmədilər!
Bir sözlə, bütün doktrinalar köklü şəkildə dəyişir və təhlillər indi meydanda baş verən proseslərlə aydın şəkildə təsdiqlənir. Aİ yeni müdafiə doktrinası axtarır. Öz təhlükəsizlik strategiyasını yenidən formalaşdırmağa çalışır. Artıq Avropanı qorumaq üçün ABŞ meydanda deyil. Niyə? Çünki ABŞ-ın daha böyük problemləri var, Vaşinqton özünün problemləri ilə məşğuldur.
Avropa İttifaqı öz müdafiə infrastrukturunu yenidən qurmağa, özünü müdafiə etmək üçün sistemi təkrar qurmağa və müdafiə büdcəsini artırmağa yönəlib. Ortaq ordu və ümumi müdafiə büdcəsi ilə yeni struktur formalaşmağa başlayır.
Bununka birgə dünyada perspektivli resurslara malik coğrafiyalarla yeni əməkdaşlıq şəbəkələri yaratmaq cəhdləri də var. Aİ-nin türk dünyasına diqqət yetirməsi və xüsusən də Mərkəzi Asiya/Türküstan xəttinə marağının artmasının iqtisadi və siyasi səbəbləri var.
Bu yeni nizam hələ qurulmayıb, amma indiki sistemin çökdüyü göz qabağındadır. Bir vaxtlar bu nizamın təməl daşı olan Avropanın hansı addımı atacağı ilə bağlı hələ də dəqiq mövqeyi yoxdur. Hələlik o, əsasən hesabatlar hazırlayır və təhlillər yolu ilə istiqamət müəyyənləşdirməyə çalışır. Hərəkətlərə nəzər saldıqda görürük ki, təbiət, ətraf mühit və liberal baxışları ehtiva edən siyasətlərə müdafiə məsələsi də əlavə olunub. Bir tərəfdən ekoloji siyasət, digər tərəfdən hərbi investisiyalar... Bu iki sahənin əməkdaşlığı maraqlı bir tənlik yaradır.
Bəs bizi hansı dəyər sistemi gözləyir?
Bir tərəf çökdükcə digərinin necə yüksələcəyi sualı isə cavabsız qalır.
Hələlik bu barədə dəqiq nəsə demək çətindir. Çünki ABŞ-Çin münaqişəsi hələ son rəngini müəyyən etməyib. Bu gərginlikdə kimin qalib gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Ancaq hadisələrin gedişatına nəzər saldıqda, səssizcə müqavimət göstərən bir Çin görürük. Üstəlik, “ucuz və keyfiyyətsiz” məhsul imicini məhv edərək yeni bir təsəvvür yaradıb.
Yəni, iqtisadi gücü əlində saxlayan tərəf qlobal siyasətin balansını müəyyən edəcək. ABŞ prezidenti Trampın hər şeyə ədədi prizmadan baxmasının səbəbi bu olmalıdır.
Avropa isə bir tərəfdən birlik içində hərəkət etməyə çalışsa da, digər tərəfdən çatlamış səslər üzə çıxır. Xüsusilə müdafiə sənayesi sahəsində fərqli, təkbaşına təşəbbüslər var. İtaliya ilə Türkiyə arasında müdafiə sahəsində imzalanan müqavilə bunun bariz nümunəsidir. Bu cür yanaşmalar getdikcə artacaq. Çünki Avropa hələ öz daxilində ümumi iradə formalaşdıra bilməyib ki bu vəziyyət, indiki şərtləri nəzərə alsaq, bu, tamamilə başa düşüləndir. Köhnə yanaşmalar yeni dövrün dinamikasını anlamaq üçün yetərli deyil.
Yeni dünya və dəyərlər sistemi
Köhnə dünya düzəninin dağılması ilə onun ən çox məhv etdiyi sahələrdən biri də ailə dəyərləri oldu. Dəyərlər tapdalandıqca buna müqavimət, daha radikal üsulları gücləndirir. Lakin bu reaksiyalar çox vaxt yeni problemlərin yaranmasına yol açır.
Qərb dünyasının uzun müddət gizlətməyə çalışdığı dini əsaslı ittifaq quruluşu indi özünü daha aydın göstərir. Bu faktı artıq gizlətmək mümkün deyil. Qərb dini birliyə əsaslanan sistemi qəbul etdi. Hər nə qədər İnkar edilsə də, bu həqiqət daim qarşımıza çıxır.
Belə olan halda, çökmüş sistemin yerinə yeni sistemin yaradılması zərurəti yaranır. Bəs İslam dünyası bu cür transformasiyaya nə dərəcədə hazırdır və ya öz daxilində yeni yol xəritəsi yarada bilərmi?
Türkiyə türk və İslam coğrafiyasında gələcək senariyə dair fikir və hərəkətlər inkişaf etdirən bir aktyor kimi önə çıxır.
Türkiyənin əlini gücləndirmək üçün Türk-İslam coğrafiyasındakı dövlətlərin dəstəyi vacibdir. Türkiyənin bu istiqamətdəki səyləri təqdirəlayiqdir.
Bu “taleyin ortaqlığına” baxmayaraq, hətta Aİ öz doktrinasını yenidən nəzərdən keçirsə də, Türk dünyası və İslam dünyası yeni dünya sisteminə uyğunlaşmaq üçün sağlam düşüncə yaratmaq üçün daha çox səy göstərməlidir.
Yeni dünya nizamına keçid dövründə qurulacaq tərəfdaşlıqlar və taleyin birliyi, bütün tərəfləri daha da gücləndirəcək. Təbii ki, müdafiə olunacaq dəyər sisteminin formatını da gücləndirəcək. Gücünü birləşdirə bilənlər yeni sistemin qalibləri sırasında olacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar