Xəbər lenti
İsrail Sumud Donanmasının 13 gəmisini saxlayıb

İsrail ordusu Qəzzaya gedən fəalları və humanitar yardımı daşıyan Qlobal Sumud donanmasının 13 gəmisini dayandırıb.
Manevr.az xəbər verir ki, saxlanılan sərnişinlər arasında isveçli fəal Qreta Tunberq də var.
İsrail Xarici İşlər Nazirliyinin "Reuters"in təsdiq etdiyi videogörüntülərində Qreta Tunberqin əsgərlərin əhatəsində göyərtədə oturduğu görünür.
"Qlobal Sumud flotiliyasındakı bir neçə gəmi dayandırılıb, onların sərnişinləri İsrail limanına aparılıb. Qreta və onun dostları sağ-salamatdırlar", - İsrail Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd edək ki, daha əvvəl dörd gəminin tutulduğu və 70 fəalın saxlandığı bildirilirdi.
Donanmanın Türkiyə nümayəndəliyi də İsrailin gəmilərə hücumu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, ümumilikdə 15 gəminin ələ keçirildiyi, saxlanılan türk fəalların sayının isə 25-ə çatdığı bildirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar