Sizin Reklam Burada
Xəbər lenti
01-10-2025
30-09-2025
BÜTÜN XƏBƏRLƏR

Turan ellər var olsun...

Tarix: 01-10-2025 17:51     Baxış: 323 A- / A+

…Günlər, aylar keçdikcə türk dövlətləri bir-birinə daha çox yaxınlaşır, qardaşlıq və dostluq əlaqələrini daha da möhkəmləndirir, Turan dövlətinin qurulması yolunda əzmlə çalışır, bu sahədə uğurlu addımlar atırlar. Bu da səbəbsiz deyil. Son illərin hadisələri, müharibələri, hegomon dövlətlərin dünya xəritəsini yenidən «cızmaq» istəkləri və s. türk dövlətlərini yumruq kimi birləşməyə vadar edir. Çünki  yumruq kimi birləşməsək, bir olmasaq, güclü olmasaq yırtıcılar- xüsusilə Kremldə əyləşən rus faşistləri imperiyanı daha da genişləndirmək, yeni torpaqlar, ölkələr zəbt etmək arzusunu  Azərbaycan üzərində də gerçəkləşdirə bilər. Bu, həqiqətdir. O da həqiqətdir ki, Ukraynaya hücum edən, dinc əhalini qətlə yetirən, şəhər və kəndləri talan edib, xarabazarlığa çevirən rus əsgərləri Prezident və Ali Bah Komandan Vladimir Putinin rəhbərliyi ilə ac canavar kimi başqa ölkələrin də üzərinə diş qıcamağa başlayıblar.  Bu baxımdan Türkiyə və Azərbaycanın mədəni, siyasi, iqtisadi, hərbi əlaqələri gündən-günə möhkəmlənərək Putin Rusiyasının da yuxusuna haram qatmaqdadır.
Bəli, bizim gücümüz birliyimizdədir. Bizim gücümüz Turan ellərinin bir bayraq altında birləşməsidir. Gün gələcək ki, türklər dünyanı idarə edəcək, dünyanın nizamını pozulmağa qoymayacaq, yer üzünə əbədi sülh gətirəcəklər. Bu, belə də olacaq. Türk dövlətlərinin birliyini bir daha heç kim poza bilməyəcək, türkün türkdən başqa dostu olmadığını damarlarında türk qanı axan hər bir türk oğlu, türk qızı daha yaxşı anlamağa başlayacaq.
Bu gün türk dövlətləri arasında qurulan əlaqələr genişləndikcə, möhkəmləndikcə «Qızıl alma»ya doğru daha çox yaxınlaşmağa başlayırıq.
24-28 oktyabr 2025-ci ildə qardaş Türkiyədə keçiriləcək «Azərbaycan günləri» Turan dünyasının var olacağına bizi daha da ümidləndirir, bu arzunun da gerçəkləşəcəyinə inandırır və onu da bir daha göstərir ki, Türkiyə və Azərbaycan təkcə sözdə deyil, əməldə də iki dövlət bir millətdir. Çox keçməz ki,  Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və s. Türkiyə ilə iki dövlət bir millət kimi əbədi var olacaqlar.
…Qarabağ zəfərinin 5-ci ildönümünü Türkiyədə - Bursada böyük təntənə ilə qeyd olunacağı hər birimizi fərəhləndirir, qardaş Türkiyəyə sevgimizi daha da alovlandırır.
Bu tədbirdə bütün türk dünyasından nümayəndələr iştirak edəcək, çünki Qarabağ zəfəri təkcə Azərbaycanın sevinci deyil, özbəyin də, qazağın da, türkmənin də, başqırdın da, tatarın da…sevincidir, bayramıdır. Bu sevinci bütün Turan elləri birlikdə yaşayacaq, bu zəfər bayramını Türkiyədə birlikdə qeyd edəcəklər.
Türkiyədə keçiriləcək Zəfər bayramı ilə yanaşı, eyni zamanda böyük  türk şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, eləcə də Azərbaycanın Milli Qəhrəmanı şəhid Şirin Mirzəyevin və şəhid general Polad Həşimovun adını daşıyan parka, eyni zamanda Çanaqqala şəhidliyinə ziyarət ediləcəkdir. Bu, çox sevindiricidir. Bu, həm də onu göstərir ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, türk dünyasının şairidir. Şirin Mizəyev, Polad Həşimov təkcə  Azərbaycanın deyil, türk dünyasının qəhrəmanlarıdır. Belə qəhrəmanlar yetişdirən türk dünyası öz sözünü dünyaya dünən də deyib, bu gün də deyir, sabah da deyəcəkdir.
Turan elləri var olsun!
Tanrı türkü qorusun!

P.S. Türkiyədə keçiriləcək Azərbaycan günlərinə qardaş və dost ölkədə yaşayan Hüseyn Gözəloğlundan mən də dəvətnamə almışam. Türkiyənin Bursa rəhbəri və Bələdiyyə Başqanının dəstəyi ilə təşkil olunacaq tədbirlərdə iştirak etmək arzusu ilə:













Hüseyn İSAOĞLU, yazıçı - publisist,
AYB-nin və AJB-nin üzvü.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar