Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndi stadionunda beynəlxalq oyunlar da keçiriləcək

Tarix: 02-10-2025 20:16     Baxış: 320 A- / A+


Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. Burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək.
Manevr.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, iki il əvvəl dekabrın 21-də Xankəndi stadionunda futbol oyunu keçirilib. Bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. İşlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.
“Ötən il dekabrın 21-də Xankəndidə badminton üzrə Azərbaycan çempionatı da keçirilmişdi. Bu isə ilk beynəlxalq yarışdır. Çox qürurluyuq. Biz iki il ərzində artıq Xankəndidə beynəlxalq yarış keçiririk”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün, oktyabrın 2-də kamandan oxatma yarışları Xankəndidə başlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar