Sizin Reklam Burada
Xəbər lenti
06-10-2025
05-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qalmaqallı aparıcı: “Elə bir səhv etməmişəm ki, üzr istəyim”

Tarix: 16-09-2025 17:13     Baxış: 496 A- / A+

“Şəhid anaları ilə birlikdə Şuşaya getmişdik. Cıdır düzündə gördüyüm mənzərədən dəhşətə gəldim. Bir tərəfdə şəhid anaları fəryad edir, digər tərəfdə isə insanlar araq içirdilər. Mən ona göz yuma bilməyən aparıcılardanam”.
Manevr.az xəbər verir ki, bu sözləri qalmaqallı çıxışları ilə gündəmə gələn jurnalist Səidə Bəkirqızı TV Musavatda qonaq olarkən deyib.
O bildirib ki, bu cür halları işıqlandırmaq üçün təkrar Şuşaya qayıtmaq niyyətində olub:
“Qarabağın bulaqlarının yanında yemək də, içmək də olar. Amma mənə görə Cıdır düzündə bunu etmək düzgün deyildi. Şəhid analarının qayalara baxıb oğlanlarının fəryadını etməsi çox ağrılı idi. Digər tərəfdə isə insanlar süfrə açıb piknik edirdilər, kabab bişirirdilər. Mən orada yıxılıb ayağımı yaralamışdım. Ona görə o vaxt bu mövzunu işıqlandıra bilmədim. Düşünürdüm ki, bir gün sırf bu məsələ üçün ora gedim. İndi isə deyirəm, yaxşı ki, getməmişəm. Bizə Cıdır düzündə araq içmək lazım deyil. Mən belə şeylərə biganə qala bilmirəm. Anam deyir ki, sus, danışma, amma nə qədər sus desələr, bir o qədər danışacam”.
Səidə Bəkirqızı keçmiş məcburi köçkünlərdən üzr istəmək fikrində olmadığını da vurğulayıb:
“Dediyim heç nədən peşman deyiləm. Heç kimi təhqir etməmişəm, hamını deyil, ayrı-ayrı şəxsləri nəzərdə tutmuşam. Bu gün də deyirəm ki, sizə ev verilibsə, niyə getmirsiniz? Başqasının evində niyə qalırsınız? Keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti yaxşı vəziyyətdə yaşayır, dövlət onlara hər cür şərait yaradıb. Mən fakt üzərində danışmışam. Aqressiya yaradacaq heç nə deməmişəm. Atam 15 il əvvəl vəfat edib, amma hələ də onun adını hallandırırlar. Elə bir səhv etməmişəm ki, üzr istəyim”.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar