Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məzahir Pənahovun gəlini: “Pasportumu götürüb qaçdım” - Şəkil

Tarix: 02-10-2025 23:19     Baxış: 323 A- / A+
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov onunla bağlı çıxarılan boşanma və əmlakın qaytarılmasına dair məhkəmə qərarlarından narazı qalıb və Ali Məhkəməyə şikayət verib.

M.Pənahovun həyat yoldaşı Həlimə Ələsgərova həm aralarındakı nikaha xitam verilməsi, həm də zinət əşyaları, cehizi, paltarları və s. əmlakının qaytarılması tələbiylə məhkəmədə iddia qaldırmışdı. Cütlük 2022-ci ilin iyulunda evlənib. İki il sonra qadın boşanma üçün məhkəməyə üz tutub. H.Ələsgərova bildirib ki, evləndikləri ilk vaxtlardan Məhəmməd onu döyüb, ancaq ailəsinin dağılmaması üçün uzun müddət dözüb. Onlar 2023-cü ilin oktyabrında Amerikaya – Kaliforniya ştatının Los-Anceles şəhərinə yaşamağa gediblər. H.Ələsgərova ötən ilin yanvarında Bakıya gəlib, təxminən iki ay burada qalandan sonra, martın sonunda həyat yoldaşının yanına qayıdıb. Onun sözlərinə görə, Amerikada təxminən iki ay M.Pənahovla birlikdə yaşayandan sonra onun işgəncələrinə dözə bilməyib: "Növbəti işgəncədən sonra - mayın 27-də, Məhəmməd yatdığı vaxt gizli şəkildə pasportumu və bank kartımı götürüb Bakıya qaçdım".

Qadının dediyinə görə, əri Azərbaycana qayıtdığını bilincə, onun Bakıda yaşadıqları evə buraxılmamasına göstəriş verib. Bu məqsədlə evin qapılarındakı açarları dəyişiblər.

Sənəti rəssam olan H.Ələsgərova, bu üzdən, evdə rəsm əsərlərindən tutmuş, şəxsi əşyalarına, cehizinədək heç nəyini götürə bilmədiyini söyləyir.

"Kameralar işlədiyindən ora gedib nəsə götürsəydim, ortada sübut olardı"
Bakıya qayıdandan bir ay sonra – 2024-cü ilin iyununda boşanmaq üçün məhkəmədə iddia qaldıran H.Ələsgərova əşyalarını da tələb edib. Bildirib ki, dəyəri 170 min manat olan və toyda hədiyyə verilmiş brilyant komplekt, 85 min manatlıq təkqaş brilyant üzük, 70 min manatlıq bir başqa sırğa-üzük dəsti və s. çoxsaylı zinət əşyaları qayınanası Emma Pənahovadadır. Amerikaya gedəndə ərinin göstərişiylə ona saxlamağa vermişdi: "Deyirlər ki, mən o əşyaları özüm həmin evdən götürmüşəm. Həmin evdə, hətta eyvanlarda, dəhlizlərdə, hər yerdə 24 saat kamera işləyir. Mən ora gedib nəsə götürsəydim, ortada sübut olardı".

Məhkəmədə H.Ələsgərovanın əmlakla bağlı iddiasına baxılanda tələb etdiyi əşyalarının bir hissəsi qaytarılıb. Yük taksisi vasitəsiylə əşyalar sənədləşdirilərək onun yaşadığı evə göndərilib. Bu üzdən, o, məhkəmənin gedişində tələb etdiyi əşyaların siyahısını azaldıb, ancaq qalan əşyaları, yaxud onların pulunu tələb edib. Bunların arasında qızıl-zinət əşyalarından başqa xəz geyimlər, bahalı ziyafət paltarları, ayaqqabılar, çantalar və s. də var.
Əmlak məsələsi ilə bağlı Pənahovlar ailəsiylə gəlin arasında qalmaqal yaşanıb. Qarşı tərəf bildirib H.Ələsgərova düz danışmır, nəyi varsa, götürüb aparıb. Tələb etdiyi 170 min manatlıq komplekt özünün deyil, baldızınındır, sadəcə, toyda ona taxmaq üçün vermişdi.

H.Ələsgərova ya qalan əşyalarını, ya da onların dəyərini təxmini hesablayıb, 590 min manata yaxın pul tələb edib. Məhkəmə onu haqlı sayaraq qalan geyim, cehiz və zinət əşyalarının qaytarılması, yaxud onların əvəzində 393 min manat ödənilməsi barədə qərar çıxarıb. azpolitka.info 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar