İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) region jurnalı təsis edib.
Manevr.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, RİH bununla bağlı İskəndərzadə Boisson Cəmilə Fuad qızı ilə müqavilə bağlayıb.
Müqavilədə İsmayıllı regionu jurnalının yaradılması, çapı və alınması nəzərdə tutulur. Müqaviləyə əsasən, jurnalın yaradılmasına 45 450 manat vəsait sərf olunub.
Jurnalda region tarixçiləri ilə görüşlər və müsahibələr hazırlanacaq, turizm mütəxəssisləri ilə məsləhətləşmələr və turist üzrə ekspertlərlə əməkdaşlıqlar ediləcək. Regionun turist potensialının öyrənilməsi, regionun görməli yerlərinin məlumat bazasının yaradılması, turistlər üçün əlaqə məlumatlarının toplanması (mehmanxanalar, restoranlar, bələdçilər) və s. həyata keçiriləcək.
Xəbər lenti
İsmayıllının jurnalı çıxacaq - İcra hakimiyyəti 45 min manat ayırdı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































