Xəbər lenti
"2 saylı Sumqayıt “ASAN Xidmət” Mərkəzində bu xidmətlər niyə yoxdu?" - vətəndaş müraciəti

"Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm İlham Əliyev Cənablarına
Surəti : Azərbaycan Respublikasının Birinci
Vitse-Prezidenti Hörmətli Mehriban
Xanım Əliyevaya
Surəti:Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin
sədri Hörmətli cənab Ülvi Mehdiyevə
Surəti: Sumqayıt Şəhər İcra Hakimiyyətinin
Başçısı cənab Zakir Fərəcova
Surəti: “manevr.az saytının rəhbərliyinə
Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının göstərişləri, o cümlədən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcovun əməyi sayəsində Sumqayıt şəhəri günü-gündən gözəlləşir, inkişaf edir.
Dövlət xidmətlərinin göstərilməsini sadələşdirmək və vətəndaş məmnunluğunu artırmaq məqsədi ilə 2012-ci il iyulun 13-də 685 saylı fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaratdı və ASAN xidmət mərkəzləri də bu agentliyin tərkibinə daxil edildi. Bu agentlik vətəndaşlara bir sıra dövlət xidmətlərini bir məkanda təqdim etmək üçün yaradılmışdır.
Möhtərəm Prezidentimizin göstərişləri və cənab Zakir Fərəcovun əməyi hesabına Sumqayıt sakinləri üçün böyük əraziyə malik gösəl Bulvar salınmışdır. Bulvar ərazisində məskunlaşan sakinlərin və buradakı binaların çoxluğundan buranı Yeni Sumqayıt şəhəri
adlandırırlar. Bu səbəbdən Sumqayıtın Bulvar ərazisində 2-ci ASAN xidmət Mərkəzi istifadəyə verilmişdir.
Lakin əfsuslar olsun ki, Bulvar ərazisində yeni istifadəyə verilən 2 saylı Sumqayıt “ASAN Xidmət” Mərkəzində kommunal xidmətlər (işıq, qaz, su) göstərilmir. Sakinlər əziyyət çəkirlər. Bulvar sakinləri burada tikilmiş 2-ci Sumqayıt “ASAN Xidmət” Mərkəzinin kommunal xidmətlərindən yararlana bilmirlər.
Möhtərəm Cənab Prezidentimizin sayəsində ASAN xidmət Mərkəzləri vətəndaş məmnuniyyətini artırmaq məqsədi istifadəyə verilib.
2 saylı Sumqayıt “ASAN Xidmət” Mərkəzində əhalinin ən çox ehtiyacı olduği kommunal xidmətlər (işıq, qaz, su) göstərilməməsini yerin olmaması ilə əlaqəndirirlər.
Çox qəribədir ki, böyük bir ASAN xidmət mərkəzində təkcə kommunal xidmətlərə yer tapılmadı?!
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə problemi həll etmək yerinə bizə Sumqayıtda avtovağzal ərzazisindəki 1 saylı ASAN Xidmət mərkəzinə müraciət etməyi tövsiyə edir. (Guya bu bizim ağlımıza gəlmir?!) Xahiş edirik, Sumqayıt şəhər Bulvar sakinlərinin bu probleminin həlli üçün müraciətimizi saytınızda dərc etdirməklə Cənab Prezidentimizə, hökümət və dövlət qurum larına çatdırmaqla bizə köməklik göstərəsiniz. Əvvəlcədən Sizə minnətdarıq", məktubda qeyd edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar