Xəbər lenti
Rusiya agenti Avropanın üç ölkəsində terror aktları hazırlayıb - Təfərrüat

Polşada Rusiya Baş Kəşfiyyat İdarəsinin (keçmiş Baş Qərargahın GRU-su – red.) agenti saxlanılıb. Onun ölkə ərazisində, eləcə də qonşu Litva və Almaniyada dronlardan və maskalanmış partlayıcılardan istifadə etməklə diversiyalar planlaşdırdığı güman edilir.
Manevr.az xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" məlumat yayıb.
Prokurorluq və Polşanın Daxili Təhlükəsizlik Agentliyi ilə əlaqəsi olan mənbələrin verdiyi məlumata görə, saxlanılan agent – Vladislav Q. – Rusiya kəşfiyyatının sifarişi ilə hərəkət edib.
İstintaq materiallarına əsasən, agentə tapşırıq verilib ki, kürək əldə etsin, yerli qəbiristanlıqda qarğıdalı bankaları kimi maskalanmış konserv bankalarını qazıb çıxarsın və onları Lodz yaxınlığında müəyyən edilmiş yerə qoysun. İstintaqçılara görə, həmin bankalarda dronlarla terror aktı törətmək üçün güclü partlayıcı maddələr olub.
Bu tip əməliyyatların Litvada və Almaniyada da hazırlanması ehtimal edilir.
Xüsusilə, Litvada yerləşən bir qəbiristanlıqda da oxşar “qarğıdalı bankaları” aşkarlanıb.
Bundan başqa, Vladislav Q. Litva, Polşa və Almaniya arasında dron detallarını və SIM kartları daşıyıb.
Əgər şübhələr təsdiqlənsə, saxlanılan şəxs ömürlük həbs cəzası ala bilər. Prokurorluq istintaqı ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar