Sizin Reklam Burada
Xəbər lenti
25-09-2025
24-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Şagirdlərim mənə o qədər əzizdir ki, onların oturduğu partalar belə yadımdadır" -FOTOLAR

Tarix: 26-09-2025 09:44     Baxış: 2185 A- / A+
Şərəfli müəllim ömrü


                         Rüxsarə Hacıyeva            

Dağların qoynunda bir kənd var. Bu kənd Ağsu rayonunun Dilman kəndidir. Dilman kəndi təbiətinin gözəlliyi ilə adamı valeh edir. Bu kənd öz ziyalı  oğul və qızları ilə məhşurdur. Bir vaxtlar var idi ki, qonşu rayon və  kəndlərin məktəblırində Dilman kəndindən olan müəllimlər təhsil veriblər. Müəllimlik peşəsi müqəddəs bir peşədir. Ümummilli lider Heydər Əliyev demişkən:”Müəllim, dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir.
    
Hər bir insanı, peşə sahibini yetişdirən müəllimdir. Hər birimizin müəllimi olub. Hər birimiz öz müəllimlərimizə borcluyuq.
    
Belə şərəfli ömr yaşayan müəllimlərdən biri də Dilman kənd sakini Rüxsarə Mürvət qızı Hacıyevadır. Rüxsarə müəllim ömrünün 50 ilini müəllimlik peşısinə həsr edib.
Qeyd edim ki, Rüxsarə  Mürvət qızı Hacıyeva 1950-ci ilin sentyabr ayının 24-də  Ağsu rayonu Dilman kəndində ziyalı ailəsində dünyaya gəlib. Atası  Mürvət Xəlil oğluSüleymanov, anası Əməkdar müəllim  Bikə Mikayıl qızı Ağakişiyeva da öz ömürlərini bu müqəddəs peşəyə həsr ediblər. Rüxsarə müəllimin bu il 75 yaşı tamam oldu.

Dilman kənd tam orta məktəbin direktoru Aynurə Heybətova və müəllim kollektivi Rüxsarə müəllimi həm ziyarət etdilər, həm də doğum günü münasibətilə təbrik etdilər. Bizim gəlişimiz müəllim üçün gözlənilməz oldu. Çox sevindi. Mən də bu arada ona bəzi suallar ünvanladım:

-Müəllimlik peşəsi sizin üçün nədir?

-Bu peşəni seçmək mənim uşaqlıq arzum olub. Mən bədii əfəbiyyatı çox sevirdim. Həmişə deyirdim ki, ədəbiyyat müəllimi olacam. Özümü oxuduğum bədii əsərlərdəki qəhrəmanlara oxşadırdım. Deyirdim, müəllim olub ucqar dağ kəndlərində işləyəcəm. Riyaziyyat fənnini də çox sevirdim. Kalva kənd tam orta məktəbində oxuyarkən Zabit müəllim mənə riyaziyyatı daha çox sevdirdi. Ondan sonra fikrim dəyişdi, dedim ki, mən Zabit müəllim kimi riyaziyyat müəllimi olacam.  
Getdim arzumun dalınca. APU-nun riyaziyyat fakültəsinə qəbul olundum. Universiteti bitirdiyim ili ailə həyatı qurdum. Həyat yoldaşım Ağsu rayo-nunda işləyirdi. Mənim də təyinatımı Ağsu rayonu 3 saylı tam orta məktəbə verdilər. 2 il həmin məktəbdə fəaliyyət göstərdim. 1973-cü ildən Dilman kənd tam orta məktəbində riyaziyyat müəllimi işlədim. Müəllimlik peçəsini həmişə sevmişəm. Valideynlərim müəllim olub. Öz ixtisasımı və dərs dediyim şagirdləri çox sevmişəm. Şagirdlərim mənə o qədər əzizdirlər ki, onların oturduğu partalar belə yadımdadır. Mənim üçün heç vaxt pis uşaq olmayıb. Hər şagirdi öz xarakterinə görə sevmişəm. Şagirdlərim də məni həmişə həm müəllim, həm də ana gözündə görüblər. Həyata bir də gəlsəm müəllim olardım. Özü də riyaziyyat müəllimi.

-Daha hansı peşəni, sənəti sevirsiniz?

-Mən özümü yaxşı dərzi hesab edirəm. Bütün paltarlarımı özüm tikirəm. Mən bundan zövq alıram. Başqaları üçün də paltar tikmişəm. İşlədiyim illərdə istər dövlət tərəfindən, istər şagirdlər tərəfindən həmişə hörmət görmüşəm. Fəxri fərmanlarımın sayı hesabı yoxdur. Həmişə iş təcrübəm rayon üzrə yayılıb. Baş müəllim, metodist müəllim, Ali kateqoriyalı müəllim, bu adlara layiq görülmüşəm. Artıq 75 yaşım oldu, 50 il iş təcrübəm var. Bu gün də dərs dediyim şagirdlərim məni görəndə uşaqlaşırlar. Onlardan bu gün də hörmət görəndə çox xoşbəxt oluram. Yaxşı ki, bu peşəni seçmişəm.

-Çox sağ olun, Rüxsarə müəllim. Sizə Allahdan verdiyi ömrü sağlam yaşamağı arzu edirik.

-Siz də çox sağ olun, Ülviyyə xanım. Mən də sizə işlərinizdə uğurlar arzu edirəm.
  
Qeyd edim ki, Rüxsarə müəllimin 5 övladı, 1 qızı, 4 oğlu, 10 nəvəsi var. Bütün övladları evlidir. Biz Rüzsarə müəllimə nəvə toyunu görməyi arzu edirik.


Ülviyyə Namiqqqızı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar