Xəbər lenti
Qarabağ və Şərqi Zəngəzurun su potensialından istifadə artırılacaq

Manevr.az xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) departament rəhbəri Əliağa Əzizov deyib.
O bildirib ki, strategiyanın əsas hədəfi su ehtiyatları üzərində nəzarəti artırmaq və uzunmüddətli dayanıqlığı təmin etməkdir.
O qeyd edib ki, digər bir hədəf içməli su təchizatında 100% sayğaclaşmaya nail olmaqdır:
“Strategiyanın mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin su potensialından istifadənin artırılmasıdır. Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda su təhlükəsizliyini təmin etmək üçün bir sıra layihələr həyata keçirilir. Bütün bu prinsiplər və hədəflər uzunmüddətli xarakter daşıyır və 2040-cı ilə qədər nəzərdə tutulub”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar