
Xəbər lenti
“Bütün müəllimlərə “rüşvətxor” demək olmaz”

Hətta sosial şəbəkələrdə, özünə ad günü keçirərək valideynlər tərəfindən zinət əşyaları hədiyyə edilən bir neçə müəllimin videosu belə yayılmışdı.
Beynəlxalq Müəllimlər Günü ilə bağlı Elm və Təhsil Nazirliyi yaydığı məlumatda qeyd edilir ki, qurumun Kollegiyasının müvafiq qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib:
”Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.
Qeyd edilənləri nəzərə alaraq, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir”.
Ümumiyyətlə, müəllimlərə müxtəlif hədiyyələrin verilməsində bəzən müəllimlər, bəzən isə onlara hədiyyə verən valideynlər günahlandırılır.
Müəllimə hədiyyə verilməlidirmi və bu prosesə şərait yaradan hansı tərəfdir?
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın bütün müəllimlərini qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib:
“Onlara möhkəm cansağlığı arzu edirəm. Hamımız bilməliyik ki, bizim ən ümdə, böyük problemimiz olan Qarabağ probleminin həllində, ərazi bütövlüyünün təyin olunmasında Azərbaycan məktəbinin və müəlliminin rolu danılmazdır. O məktəbin, müəllimin yetişdirdiyi şəxslər Şuşanın sərt qayalıqlarına dırmaşaraq torpaqlarımızı işğaldan azad etdilər. Bunu unutmaq olmaz. Eləcə də bütün müəllimlərə “rüşvətxor” demək olmaz.
Hər sahədə yaxşı işçi də, pis işçi də var. O cümlədən, məktəbdə də belədir. Məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə rüşvət yığılması elə bil ən ciddi məsələyə çevrilib. Mən şəxsən bunun tərəfdarı deyiləm. İnanmıram ki, Azərbaycan müəlliminin hamısı bu gün münasibətilə hədiyyə tələb edir və yaxud da alır.
Eyni zamanda, mən onu da deyirəm ki, yaxşı bir müəllimdisə, hansısa şagird ona aparıb bir dəstə gül versə, bunu rüşvət kimi necə qəbul etmək olar? Nə olar, sevincini bölüşür, təbrik edir. Ancaq Beynəlxalq Müəllimlər Günü münasibətilə kütləvi şəkildə hardasa pul yığılarsa, belə addımları pisləyirəm. Hər zaman da pisləmişəm və ona yol vermək olmaz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar