Sizin Reklam Burada
Xəbər lenti
30-09-2025
29-09-2025
BÜTÜN XƏBƏRLƏR

İnfarktın səbəbi kovid peyvəndidir? - Professor

Tarix: 30-09-2025 16:05     Baxış: 327 A- / A+
Əksər hallarda biz söhbəti birbaşa pandemiyadan başlayırıq və hər şeyi ona bağlayırıq. Halbuki bu problem təkcə pandemiya ilə məhdudlaşmır.
Manevr.az-ın xəbərinə görə, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla gənc yaşda infarkt hallarının çoxalmasının pandemiya zamanı vurulan peyvəndlərlə bağlı olması haqda danışarkən bildirib.
“Doğrudur, COVİD-19 və vaksinasiya dövründən sonra tromblaşma və digər ürək-damar problemlərinin sayı artıb. Bununla bağlı beynəlxalq səviyyədə tədqiqatlar aparılır və yaxın vaxtlarda nəticələr açıqlanacaq. Bu təsirləri inkar etmək olmaz. Amma məsələ yalnız bununla bitmir. Mənim fikrimcə, əsas məsələ müstəqillikdən sonrakı dövrdə həyat tərzimizin kəskin dəyişməsidir. Bu, daha ciddi faktordur”, - həkim qeyd edib.
A.Qeybulla bazarda süni və qatqılı qidaların artmasının da insan sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb:
“Yağların istehsalına diqqət edin: dünya əhalisi bu gün 8 milyarda yaxınlaşır. Bu qədər insana yağ məhsulları çatdırmaq üçün nə qədər inək yetişdirilməlidir? Bu, sadə görünsə də, çox düşündürücü sualdır. Ona görə də bazarda süni və qatqılı məhsulların artımı qaçılmazdır. Lakin bu qidalar insan orqanizminə ciddi zərər vurur və onların istifadəsi sürətlə artır. Nəticə olaraq, sağlam qalmaq üçün az yemək, düzgün qidalanmaq və daha çox hərəkət etmək hər bir insanın həyat prinsipi olmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar