Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

Mikayıl Cabbarov: Azərbaycan kapital ixrac edən ölkəyə çevrilib

Tarix: 29-09-2025 10:44     Baxış: 326 A- / A+


Mikayıl Cabbarov: Azərbaycan kapital ixrac edən ölkəyə çevrilib
Azərbaycan kapital idxal edən yox, ixrac edən ölkəyə çevrilib.
Manevr.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, sammitin beşinci buraxılışı regionda baş verən tarixi hadisələrin fonunda keçirilir.
M, Cabbarov avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə başlanan barışıq prosesinə diqqət çəkib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasında vurğuladığı kimi, Azərbaycan təkcə ərazilərinin azadlığı uğrunda müharibəni deyil, həm də sülhü qazanıb.
Mikayıl Cabbarov hesab edir ki, bu proses təkcə siyasi deyil, həm də iqtisadi baxımdan tarixi əhəmiyyət daşıyır: “Bu, bütün regionun – Cənubi Qafqaz və Mərkəzi Asiyanın kapitallaşmasını əhəmiyyətli dərəcədə artırır, iqtisadi və sosial faydaları isə region hüdudlarından kənara çıxacaq”.
Nazir Azərbaycanın iqtisadi siyasətində əsas prioritetin diversifikasiya, təbii sərvətlərdən – əsasən neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunda dayanıqlı inkişafın təşviqi olduğunu deyib. Onun sözlərinə görə, son 20 ildə ölkə iqtisadiyyatına təxminən 345 milyard ABŞ dolları həcmində investisiya yönəldilib ki, bunun da 200 milyard dollardan çoxu qeyri-neft sektoruna yatırılıb.
M, Cabbarov bildirib ki, Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2021–2024-cü illər ərzində orta illik 6,7 faiz artımla inkişaf edib və ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilib. Son altı ildə qeyri-neft və qaz ixracı iki dəfə artıb, strateji valyuta ehtiyatları isə tarixi maksimuma çataraq ÜDM həcminə bərabərləşib.
Nazir əlavə edib ki, Azərbaycan artıq təkcə kapital idxal edən deyil, həm də kapital ixrac edən ölkəyə çevrilib. Sosial-iqtisadi inkişaf strategiyasının uğurları beynəlxalq reytinq agentlikləri tərəfindən də təsdiqlənib və onların ikisi ölkənin kredit reytinqini müsbət qiymətləndirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar