Xəbər lenti
Aralıq orucu tutanlara vacib xəbərdarlıq

Həkimlərin sözlərinə görə, aralıq orucu zamanı bədənin uzun müddət ac qalması maddələr mübadiləsini sürətləndirsə də, bəzi insanlarda başgicəllənmə, zəiflik və mədə problemlərinə səbəb ola bilər. Xüsusilə şəkərli diabet, qan təzyiqi və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə bu pəhrizi həkim nəzarəti olmadan tətbiq etmək qətiyyən tövsiyə edilmir.
Mütəxəssislər bildirirlər ki, oruc tutulan saatlardan sonra qəbul edilən qidaların keyfiyyəti çox önəmlidir. Pəhrizdə protein, lif və vitaminlərlə zəngin qidaların yer alması, su qəbulunun artırılması vacibdir. Fast-food və şirniyyat kimi ağır qidaların birdən-birə çox miqdarda yeyilməsi sağlamlığa ciddi zərər vura bilər.
Qeyd edək ki, aralıq orucu ən çox 16:8 sistemi (16 saat ac qalmaq, 8 saat ərzində yemək) ilə tanınır və hazırda dünyanın bir çox ölkəsində ən populyar qidalanma üsullarından biridir. baku.ws
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar