Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib

Tarix: 27-09-2025 20:12     Baxış: 320 A- / A+


Sumqayıtda 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib - FOTO
27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Manevr.az xəbər verir ki, Şəhidlər xiyabanında keçirilən anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Sumqayıt Şəhidlər Xiyabanında ucaldılmış Qalib əsgər abidəsinin önünə gül dəstələri və əklillər qoyaraq Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi Sumqayıtda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq salnaməsi yazıb. Şəhidlərimizin göstərdiyi igidlik və fədakarlıq sayəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qazilərimizin şücaəti və şəhidlərimizin müqəddəs qanı Azərbaycan tarixində əbədi iz qoyub.
Tədbir iştirakçıları şəhid ailələri ilə görüşərək onların qəhrəman övladları ilə fəxr etdiklərini vurğulayıblar. Qeyd olunub ki, dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanında olacaq, onların sosial müdafiəsi istiqamətində görülən işlər davam etdiriləcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar