Xəbər lenti 
					
 
		“Salihli Sənət dostları”ndan şeir çələngi
 Salihli şəhərində yazıb yaradan könül yolcuları - “Salihli Sənət dostları”ndan şeir çələngi
Salihli şəhərində yazıb yaradan könül yolcuları - “Salihli Sənət dostları”ndan şeir çələngiƏHMƏT OTMAN
***
Gecələr ayaz olur.
Bilirsənmi?
Üşüdər səni.
Söndürdün fənərləri,
Yalnız yaşamaq üçün.
Sən böyük dənizlərdə
kiçicik bir qayıqsan.
Haçansa sığınmağa
bir liman axtaranda,
Çox gec olacaq sənə.
Gəl, sığın ürəyimə.
Gün qısadır, zaman dar.
Fırtınalar qopacaq.
Sənin limanın mənəm.
Sən ….
Sən böyük dənizlərdə
kiçicik bir qayıqsan.
 ZEHRA ÖZTÜRK
ZEHRA ÖZTÜRKHAZIR DEYİLƏM
Rəssam dediyin həyat
qədər fırçsıyla
saçlarımın arasına
tək- tək ağlar salsa da .
Qəddar illər fırçasıyla
hiss olunmadan
üzümə xətlər çəksə də,
dinləmədiyim nəğmələr,
oxumadığım kitablar var hələ.
Uşaqlığımı gizlətdiyim
dolanbaclı küçələrdə
səki daşıyam.
Uzaq yerlərə atılsam da
getmədiyim cığırlar,
dönmədiyim döngələr var.
Hələ bir böyüsün
torpağa əkdiyim toxumlar,
budaqlarda tumurcuqlar
al rəngdə meyvə gətirsin.
Dadmadığım dadlar,
qoxlamadığım çiçəklər var.
Ömür deyib mindyim qatar
fitini çala- çala
son dayanacağa yaxınlaşa da,
enməyə hazır deyiləm.
Alacağım son nəfəsə inad
ölməyə hazır deyiləm.
 MEVLİ PEHLİVAN
MEVLİ PEHLİVANRƏNGARƏNG
Rəngarəngdir dünyam mənim.
Ruhum yaşıl rəngdə sayıqlar.
Hüznlərim sarı sonbahar.
Ürəyim mavi döyünür mənim.
Gözlərim qəhvəyi olsa da,
Arzularım rəngbərəngdir.
Sonsuz ümidlərim pəmbə.
Bütün rəngləri özündə saxlar.
Düşüncələrim gah qaradı, gah da ağ,
Allı- güllü xəyallarım var mənim.
Görünməyən bir dünyadır,
İçimdə göyqurşağım var mənim.
 NEZAKET ZEYNEP ÖZDEMİR
NEZAKET ZEYNEP ÖZDEMİRYAXAR GECƏLƏR
Mavzer gülləsi tək vurar,
Səssiz bir haray olar,
Heç bir iz buraxmadan
Həsrət olub yaxar gecələr.
Yuxuya gedər gönçə güllər,
Yuvasına çəkilər əllər,
Üstünə gələr bütün dərdlər
Hüzn olub yaxar gecələr.
Ürəyinə bir qəriblik çökər,
İlmə- ilmə toxunar çilələr,
Bağrına ayrılıq sancılar,
Ayaz olub yaxar gecələr.
Könüldə dəli hicran,
Bitirir səni hər an,
Qəriblikdə içinə dolan,
Arzu olub yaxar gecələr.
Dərdinə dərman olmaz,
Nə Ay, nə də ulduzlar,
Yenə edər edəcəyini,
Atəş olub yaxar gecələr.
Türkiyə türkcəsindən uyğunlaşdıran: Nazilə Gültac
şair, yazıcı, həkim.
AYB - nin üzvü
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















