ABŞ prezidenti Donald Tramp parasetamolun (Tylenol) istifadəsinin autizm riski ilə əlaqəli ola biləcəyini iddia edərək bu preparatdan imtina etməyə çağırıb. Lakin elm adamları bu iddiaların elmi əsaslara söykənmədiyini bildirirlər.
Manevr.az xəbər verir ki, nüfuzlu “Nature” jurnalında dərc olunmuş yeni tədqiqatda alimlər Trampın fikirlərinə cavab olaraq qeyd ediblər ki, parasetamol ilə autizm arasında birbaşa əlaqəni sübut edən etibarlı elmi sübutlar mövcud deyil.
ABŞ Qida və Dərman İdarəsi (FDA) preparatın təlimat vərəqəsinə "mümkün assosiasiya" ilə bağlı qeydi əlavə etsə də, İsveç və Yaponiyada aparılan genişmiqyaslı araşdırmalar bu riskin minimal olduğunu və ailəvi-genetik faktorlar nəzərə alındıqda praktiki olaraq aradan qalxdığını göstərib.
Maraqlı məqamlardan biri də odur ki, tədqiqatlarda eyni ailədə böyüyən uşaqlar – yəni bacı və qardaşlar arasında aparılan müqayisələr zamanı da parasetamolun istifadəsi ilə autizm arasında hər hansı bir əlaqə müşahidə edilməyib.
Mütəxəssislər bildirirlər ki, parasetamol hamiləlik dövründə ağrı və qızdırmanın azaldılması üçün hələ də ən təhlükəsiz dərman vasitələrindən biri hesab olunur. Onlar xəbərdarlıq edirlər ki, əsassız qorxular hamilə qadınlarda stress səviyyəsini artıra, nəticədə isə onlar lazım olan tibbi yardımdan vaxtında faydalana bilməyə bilərlər.
Alimlər əlavə ediblər ki, autizm diaqnozlarının sayının artması parasetamolun istifadəsi ilə deyil, əsasən, xəstəliyin diaqnostika meyarlarının dəyişməsi və cəmiyyətdə bu mövzu ilə bağlı məlumatlılığın artması ilə əlaqəlidir.ölkə.az
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar