Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

Makler Odlar Yurdu Universitetinin diplomunu 15 min manata "satmaq" istədi, həbs edildi

Tarix: 24-09-2025 21:46     Baxış: 326 A- / A+
Xaçmazda dostunun oğluna Odlar Yurdu Universitetinin diplomunu almaq adı ilə dələduzluq edən şəxs həbs edilib.

Hadisə Xaçmaz şəhəri ərazisində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Sabir Aslanov (adı və soyadı şərtidir) rayon ərazisində maklerliklə məşğul olub. O, dostu Ramillə danışarkən məlum olub ki, Ramil hərbi xidmətdən qayıdan oğluna diplom almaq istəyir. O, Ramilə yalan vəd verərək Odlar Yurdu Universitetində tanışının olduğunu və oradan diplom ala biləcəyini bildirib. Sabir bu adla Ramillə 15 min manata razılaşıb. O, Ramilə bildirib ki, diplomu almaq üçün 6 min manat əvvəldən, diplom təhvil veriləndən sonra isə 9 min manat verməlidir.

Ramil də onunla razılaşıb və bu barədə oğlu Raufla məsləhətləşib. Oğlu diplom almağa razı olduğunu deyib.

Bundan sonra Ramil Sabirlə görüşüb və ona ilkin olaraq 5 min 500 manat, bir neçə gündən sonra isə 500 manat verib. Sabir pulu alarkən Ramillə borc müqaviləsi imzalayıb və müqavilədə göstərib ki, şəxsi ehtiyacları üçün Ramildən 6 min manat borc alıb.

Sabir Ramilə bildirib ki, 6 aya diplomu alıb, təsdiqlədib ona təqdim edəcək.

Amma həmin vaxtdan 6 aydan çox vaxt keçməsinə baxmayaraq, Sabir verdiyi sözə əməl etməyib, müxtəlif bəhanələrlə prosesi uzadıb. Nəticədə Ramil polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabir Aslanov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə S.Aslanov 2 il 3 ay azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar