Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" - ŞİKAYƏT

Tarix: 24-09-2025 15:07     Baxış: 321 A- / A+
 

Ev təmiri işi ilə məşğul olan 2 usta aparıcı Zaur Nəbioğlundan şikayətçidirlər.
Manevr.az-ın məlumatına görə, milli.az-a müraciət edən ev təmiri ilə məşğul olan ustalar Mircəlal Bağırov və Nəsir Əhmədov bildiriblər ki, tanınmış aparıcı Zaur Nəbioğlu onların pulunu vermir.
"Biz 3 ay Zaur Nəbioğlunun mənzilində təmir işləri aparmışıq. Bizi Zaurla Elvin adlı şəxs tanış edib. Əvvəlcə mənzildə yalnız tavan işini görməli idik. Birinci danışığımız da Elvin adlı şəxslə oldu. Onunla 3 otağın tavanını təmir etmək üçün 800 manata razılaşdıq. Daha sonra o bizə 400 manat versə də, qalan pulumuzu vermədi. Bundan sonra isə biz Zaur Nəbioğlu ilə görüşdük. O bizə dedi ki, bundan sonra mənlə danışın. Divarların da təmir edilməsi ilə bağlı yenidən bu dəfə Zaurla razılaşdıq və 2500 manata razılaşdıq. Təmir müddəti ərzində Zaur bisə ümumilikdə 1500 manat ödəniş etdi. Təmir zamanı isə əvvəldən razılaşmadığımız eyvan işini də bizə gördürdü və onun üçün biz 300 manat da əlavə qiymətin üstünə gəldik, 400 manat da əvvəldən borc qalmışdı. Toplam da Zaur bizə 3200 pul verməli idi, o isə bu puldan cəmi 1700 verdi və 1500 manat qaldı. O evdə təmir zamanı bəzi xırda qüsurları bəhanə edərək pulu verməkdən itmina etdi, artıq 5 ay keçib. Hələ də biz pulumuzu ala bilmirik. Dəfələrlə ona bildirdik ki, halallıq olmalıdır, biz əziyyətimizin haqqını istəyirik, bizim ödənişimizi etmədi. Bu gün zəng edirik, zənglərimizi də açmır".
Mircəlal Bağırov və Nəsir Əhmədov qeyd ediblər ki, əgər Zaur Nəbioğlu pullarını verməsə, polisə müraciət etməyi düşünürlər.

Məsələ ilə bağlı saytımızın əməkdaşı aparıcının özü ilə əlaqə saxlayıb. Zaur Nəbioğlu sözügedən mövzu barədə danışmaq istəmədiyini bildirərək sullarımızı cavabsız qoyub.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar