Sizin Reklam Burada
Xəbər lenti
22-09-2025
BÜTÜN XƏBƏRLƏR

Orxan Lökbatanlıdan sərt cavab: “Hüseynin toyu azalan kimi...”

Tarix: 23-09-2025 15:56     Baxış: 425 A- / A+
Klarnet ifaçısı Hüseyn Məmmədoğlu ilə meyxanaçı Orxan Lökbatanlı arasında mübahisə yaranıb.
Manevr.az xəbər verir ki, ifaçılar "Günə Uğurla" verilişində gərgin anlar yaşayıblar.
Hüseyn Məmmədoğlu meyxanaçıların uşaqların tərbiyəsini pozduğunu deyib:
"Bəzi meyxanalar var ki, uşaqların tərbiyəsin korlayır. Həmin meyxanalara qulaq asmaq olmaz. Elə məclislər var ki, orada səslənən meyxana gənclərin və uşaqların tərbiyəsinə ziyandır. Düzgün meyxanaya dəyər verən insanam. Onlar mənim üçün qeyri-adi istedada malik olanlardır. Amma bəzi məclislərdə səslənən meyxanalar... Onların qarşısına fakt da qoyaram, deyərəm baxın. Amma gənclərin düzgün formalaşmağına ziyan olan meyxanalar da var".
Meyxanaçı Orxan Lökbatanlı Hüseynin fikirlərini qəbul etməyərək onu sərt tənqid edib:
"Hüseynin toyu azalan kimi meyxanadan danışır. Tərbiyə evdən başlayır. Ot kökü üstündə bitər. Evdə tərbiyələnən uşağa çöldə nə etsən də pozulmaz. Tərbiyəsi pozulmağa meyilli adam evdə də, çöldə də pozulacaq. Nə oldu hər şey qaldı kənara meyxana pozdu hamını? Bir-iki il əvvəl klarnet ifası ilə də tərbiyə pozulurdu. Onlara qulaq asanda başqa cür yaşamaq istəyirdilər. Kim yaddan çıxır, məclisi azalır meyxanadan danışır. Tərbiyəli uşaq onu evdən alır.
Deyir, fakt qoyaram. Qarşına elə fakt qoyaram ki, klarnet ifa etməzsən. Hər şeyi danışmaq tərbiyəsizlikdir. Hüseyn acıdil adamdır, kimə nə gəldi deyir. Müharibə vaxtı heç bir klarnet ifaçısını cəbhədə görmədim. Amma bütün meyxanaçılar cəbhədə idi".(yenisabah.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar