Kanada Baş naziri Mark Karni Fələstinin müstəqilliyini tanımaqla bağlı bəyanat verib.
Manevr.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Kanada Fələstin Dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyin qurulmasında tərəfdaşlığını təklif edir. Vurğulanır ki, Kanada bu addımı "iki dövlətli həll" imkanlarını qorumaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin tərkib hissəsi olaraq atıb.
Böyük Britaniya da Fələstinin müstəqilliyini tanıyıb.
"Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini canlandırmaq və "iki dövlətli həll" üçün Böyük Britaniya rəsmi olaraq Fələstin dövlətini tanıyır", - deyə Britaniya Baş naziri Kir Starmer bildirib.
Bundan sonra Avstraliya da oxşar bəyanatla çıxış edib.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar