Xaçmazda qətl hadisəsi olub.
Manevr.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağtala kəndində qeydə alınıb.
Kənd sakini, 2-ci Qarabağ müharibəsi iştirakçısı 32 yaşlı Emin Baxışov mübahisə zəminində həmkəndlisi, 37 yaşlı Kənan Cəbiyevi bıçaqla qətlə yetirib.
Polis əməkdaşları tərəfindən E.Baxışov saxlanılıb. Araşdırmalar davam etdirilir.
Məlumata görə, onlar ortaq meyvə alveri ilə məşğul olublar. Onlar arasında qətllə nəticələnən mübahisə isə pul borcuna görə olub. Məlumata görə, Emin Baxışovun Kənan Cəbiyevə pul borcu olub. Kənan borcunu almaq üçün Eminlə görüşüb. Lakin görüş zamanı borcu vermiyib və nəticədə iddialara görə, Kənan onu söyüb. Eminin də söyüşə görə onu bıçaqladığı bildirilir.
Hazırda hadisənin detalları barədə istintaq orqanı tərəfindən araşdırma aparılır.
 Xəbər lenti 
					
 
		Xaçmazda DƏHŞƏT: qazi səhər tezdən şərikini öldürdü

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















