Sizin Reklam Burada
Xəbər lenti
19-09-2025
18-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həbs olunduğu deyilən Adnan Əhmədzadə kimdir?

Tarix: 20-09-2025 12:06     Baxış: 324 A- / A+



Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadənin Azərbaycanda həbs olunması ilə bağlı xəbərlər yayılıb
Manevr.az musavat.com-a istinadla uzun illər dövlət neft sektorunda və biznes sahəsində fəaliyyət göstərmiş Adnan Əhmədzadənin həyat və karyerası haqda məlumatı təqdim edir:
Adnan Əhmədzadə kimdir?
Adnan Azər oğlu Əhmədzadə 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildən "ABDA Invest Holding"in təsisçisi və İdarə Heyətinin sədridir. Holdinq inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir.
Təhsili
Adnan Əhmədzadə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib.
Karyerası
O, 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005-2006-cı illərdə "Azertrans" MMC-nin baş direktoru olub.
2006-2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib:
- Nəqliyyat və Ekspedisiya şöbəsinin müdir müavini (2006-2007)
- Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri (2007-2008)
- İqtisadi əməliyyatlar idarə rəisinin müavini (2008-2010)
- Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş direktoru (2010-2019)
- 2018-ci ildə "SOCAR Trading"in icraçı direktoru, 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin olunub.
Sosial fəaliyyəti
Adnan Əhmədzadə 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir.
Maraqlı faktlar
Adnan Əhmədzadə ailəlidir və dörd övladı var. Maraqlı məqamlardan biri onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycana səfərinin təşkilində mühüm rol oynayıb.
Bundan əlavə, Əhmədzadə Ronaldinyo və "Barselona" klubunun prezidenti Xuan Laportanın Bakı səfərlərini də təşkil edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar