Sizin Reklam Burada
Xəbər lenti
19-09-2025
18-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə şəhər günü ilə əlaqədar konsert olacaq

Tarix: 19-09-2025 17:16     Baxış: 316 A- / A+
Xankəndidə möhtəşəm konsert olacaq
Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə Xankəndidə möhtəşəm bayram konserti keçiriləcək. Tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, hazırda Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir.
Meydanda qurulan səhnə, işıqlandırma və səs avadanlıqları,ucaldılan bayraqlar bu bayram ab-havasını daha da gücləndirir. Konsert proqramında tanınmış incəsənət xadimləri, sevilən müğənnilər çıxış edəcək, tamaşaçılara Qarabağın zəngin mədəniyyətini, musiqisini və qürurunu əks etdirən bir gün bəxş ediləcək. Sonda isə Xankəndi şəhərini al-əlvan rəngə bürüyəcək atəşfəşanlıq olacaq. Bu möhtəşəm işğaldan azad olunmuş torpaqlarımızda dirçəlişin, birliyin, dövlət-xalq həmrəyliyinin simvoludur.
Qeyd edək ki, 2023- cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları və ətraf yaşayış məntəqələri işğaldan azad olunaraq, ölkəmizin suverenliyi tam bərpa edilib. Dövlət başçısının sərəncamı ilə 20 sentyabr “Xankəndi, Ağdərə Xocalı və Xocavənd şəhəri günü” elan olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar