Sizin Reklam Burada
Xəbər lenti
17-09-2025
16-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polşa müdafiə naziri Kiyevə səfər edib

Tarix: 18-09-2025 11:43     Baxış: 421 A- / A+


Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu gün Ukraynaya səfər edib.
Manevr.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Kosinyak-Kamış Polşa Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə birlikdə Ukraynanın paytaxtı Kiyevə gedib.
Kiyevdə Polşa müdafiə nazirinin bir sıra görüşləri, xüsusilə də Ukrayna hökumət başçısı Denis Şmıqal ilə görüşü planlaşdırılıb. Görüş zamanı “hərbi əməkdaşlıq, Ukraynaya gələcək dəstək və Rusiya təcavüzü kontekstində təhlükəsizlik vəziyyəti” kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, 17 sentyabrda Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, bu həftə yüksək səviyyəli Polşa nümayəndə heyəti Ukraynaya səfər edəcək və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində Ukraynanın təcrübəsi ilə daha ətraflı tanış olacaq.
Xatırladaq ki, sentyabrın 10-da təxminən 20-yə yaxın Rusiya PUA-sı ilk dəfə olaraq kütləvi şəkildə Polşa ərazisinə daxil olub. Onlardan bəziləri Polşanın şərq sərhədindən təxminən 300 km dərinliyə qədər irəliləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar