Xəbər lenti
Jurnalistin həmin sualı Trampı özündən çıxardı

ABŞ prezidenti Donald Tramp avstraliyalı jurnalist Con Lyonsla mübahisə edib və ölkə rəhbərinə şikayət edəcəyini bildirib.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, mübahisəyə səbəb jurnalistin Trampa bizneslə bağlı sualı olub.
Lyons Ağ Ev rəhbərinə sual verib ki, hazırkı prezident biznesdə “belə aktiv” olmalıdırmı?
Tramp onun sözlərini rədd edib və övladlarının bizneslə məşğul olduğunu qeyd edib.
Daha sonra Lyonsun haradan olduğunu soruşub və o, Avstraliyadan gəldiyini deyib.
“Məncə, siz hazırda Avstraliyaya çox zərər vurursunuz. Və onlar (Avstraliya hakimiyyəti) mənimlə anlaşmaq istəyirlər. Lideriniz tezliklə bura məni görməyə gələcək. Mən ona pis davranışlarınızdan danışacağam, bu sualı daha nəzakətlə verə bilərdiniz”, - ABŞ prezidenti vurğulayıb.
Bu sözlərdən sonra jurnalist Trampla polemikaya girməyə çalışsa da, Amerika lideri ona susmağı əmr edib.qafqazinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar