Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Vəkillik müstəqil hüquq fəaliyyəti hesab ediləcək

Tarix: 16-09-2025 10:25     Baxış: 318 A- / A+
Vəkillik müstəqil hüquq fəaliyyəti hesab ediləcək
Vəkillik fəaliyyəti müstəqil hüquq fəaliyyəti hesab ediləcək.
Manevr.az  xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, vəkillik fəaliyyəti bu qanuna digər normativ hüquqi aktlara uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyəti hesab ediləcək.
Qüvvədə olan qanuna görə isə, Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilərdi.
Qanuna təklif edilən daha bir dəyişikliyə əsasən, müvafiq qaydalara uyğunluğu Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmiş vəkil qurumu seçilmiş təşkilati-hüquqi forma üzrə dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlayacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar