Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən soyuq ölkələri - SİYAHI

Tarix: 15-09-2025 17:19     Baxış: 419 A- / A+

Dünyanın bəzi bölgələrində soyuq hava müvəqqəti deyil, daimi xarakter daşıyır. Burada orta illik temperatur sıfırın xeyli altında qalır, infrastruktur uzunmüddətli şaxtalara uyğunlaşdırılıb, həyat tərzi isə qış mövsümü ətrafında qurulub. Lakin bu yerlərdə də iqlim dəyişikliyi getdikcə daha çox hiss olunur.

Manevr.az xəbər verir ki, "Cntraveler"in məlumatına görə, ən soyuq ölkələrin çoxu sürətlə isinməyə başlayıb. Bu, "qütb güclənməsi" adlı proseslə bağlıdır: qar və buz örtüyünün əriməsi Yer səthinin günəş şüalarını əks etdirmə qabiliyyətini azaldır. Nəticədə açılan torpaq və okean səthi istiliyi daha çox udur və isinməni sürətləndirir.
Ən soyuq yerlərin reytinqi (2025-ci ilin orta illik temperatur göstəricilərinə əsasən)

Antarktida (qitə) - orta tempratur -56,7°C
Rusiya (Sibir) - orta tempratur -5,4°C
Kanada (şimal bölgələri) - orta tempratur -4,8°C
Qrenlandiya - orta tempratur -3,6°C
Monqolustan - orta tempratur -0,9°C
Norveç (o cümlədən Svalbard) - orta tempratur 1,3°C
Qazaxıstan - orta tempratur 1,6°C
Finlandiya - orta tempratur 1,9°C
İslandiya - orta tempratur 2,0°C
ABŞ (Alyaska) - orta tempratur 2,1°C

İqlim dəyişikliyinin təsirləri

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə bu ölkələrdə mütləq daha mülayim qışlar demək deyil. Əksinə, iqlim daha qeyri-sabit olur: yumşaq yanvarın ardınca güclü arktik soyuq gələ, mülayim hava isə qəfil qar fırtınaları ilə əvəz oluna bilər.
Bunun əsas səbəblərindən biri "strahlı axın" adlanan yüksək hündürlüklərdəki hava axınının zəifləməsi və yerini dəyişməsidir. Bu proses arktik soyuğun cənuba, isti havanın isə şimala doğru irəliləməsinə şərait yaradır, nəticədə mövsümlər arasında kəskin kontrastlar artır./qaynarinfo 


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar