Xəbər lenti
Ukrayna Gürcüstanda partlayış törətmək istəyir? - Şok iddia

Kaladze bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Ölkəmizə və gürcü xalqına qarşı mübarizə aparan qüvvəni nəzərə alsaq, hər şey mümkündür. Biz bilirik ki, vətəni olmayan insanlar hər şeyə qadirdirlər. Onları gürcü xalqı və ya ölkənin gələcəyi maraqlandırmır. Buna görə də mən heç nəyi istisna etmirəm, amma araşdırmanı gözləyəcəyik. Bütün suallara da buna uyğun cavab veriləcək. Bir daha bildirirəm ki, mən heç nəyi istisna etmirəm”, - deyə Kaladze qeyd edib.
Qeyd edək ki, Gürcüstanın hüquq-mühafizə orqanları Türkiyədən ölkə ərazisinə yük avtomobilində 2,4 kq heksogen gətirən iki Ukrayna vətəndaşını saxlayıb.
Ölkənin Dövlət Təhlükəsizliyi Xidməti digər versiyalarla yanaşı, Ukraynadan partlayıcı maddələrin idxalı ilə müxalifətin oktyabrın 4-də, bələdiyyə seçkiləri günü hökuməti devirmək planları arasında mümkün əlaqəni nəzərdən keçirir.
Heksogen maddənin trotildən dəfələrlə güclü partlayış gücünə malik olduğu deyilir. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar