Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Göygöldə 26 yaşlı qadın sevgilisini yaba ilə döydü

Tarix: 11-09-2025 08:44     Baxış: 343 A- / A+
Göygöl rayonunda kişi sevgilisi tərəfindən döyülüb.

Hadisə Göygöl şəhərinin Xəqani küçəsində baş verib.

Rayon sakini Anar Azadov (soyadı şərtidir) həmin ünvanda yaşayan, bir uşaq anası, həyat yoldaşından boşanmış 1999-cu il təvəllüdlü Zərnitac Bilalova (soyadı şərtidir) ilə tanış olub və üç il ərzində onunla sevgi münasibəti yaşayıb. Lakin münasibətlərdə yaranan mübahisələrdən sonra Zərnitac Anardan ayrılıb.

Bir neçə gün öncə Anar yenidən həmin küçəyə gedərək Zərnitacın uşağını görmək istəyib. O, maşınını qadının evinin qarşısında saxlayaraq həyətə daxil olmaq istəyib. Bu zaman Zərnitac onun avtomobilini daşla zədələyib. Hadisədən əsəbiləşən Anar avtomobildən düşərək qadının üstünə gedib və onu boğmağa cəhd edib. Zərnitac onun əlindən çıxaraq həyətə girib, oradan ot yabası götürüb və Anara tərəf hücum edib.

Qadın sevgilisinin qarın nahiyəsinə zərbə endirməyə çalışsa da, Anar buna mane olub. Ardınca Zərnitac yaba ilə onun başına vuraraq yerə yıxıb. Daha sonra o, həm yaba, həm də daşla Anara xəsarətlər yetirib.

Hadisə yerinə çağırılan polis əməkdaşları tərəfindən fakt üzrə cinayət işi başlanıb və məhkəməyə göndərilib.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə Zərnitac Bilalovaya 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar