Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Turşu xərçəng riskini azaldır

Tarix: 11-09-2025 09:24     Baxış: 424 A- / A+

Əhalinin böyük bir hissəsi turşuların mədə üçün yaxşı olmadığına inanaraq istehlak etməkdə tərəddüd edir. Bununla belə, onların ləzzətindən əlavə, ümumi sağlamlıq üçün çoxlu faydaları olduğu ortaya çıxıb. 
Manevr.az xəbər verir ki, mütəxəssislər əslində 2 xörək qaşığı turşunun hətta kanserogen maddələri zərərsizləşdirdiyini bildirib.
Tərəvəz və meyvələrin qıcqırdılması və müəyyən müddət saxlanılması ilə hazırlanan turşular bağırsaq sağlamlığında qoruyucu və müalicəvi rola malikdir. Turşuların fermentasiya prosesində əmələ gələn faydalı bakteriyaların bağırsaqlarda başda K2 olmaqla bir çox vitamin və həzm fermentinin istehsalını dəstəklədiyi açıqlanıb.
Bütün tərəvəzləri turşu etmək olar. Lakin kələm və çuğundura antioksidant tərkibi yüksək olduğuna görə üstünlük verilir. Sağlamlıq problemi olmayanlara gündə orta hesabla 2 xörək qaşığı turşu istehlak etmələri tövsiyə olunur.
Müəyyən şərtlər və həssaslıqlar xaricində turşuların süfrədən əskik edilməməsi lazımdır. Kiminsə qan təzyiqi, böyrək, mədə, ürək və ya şəkər xəstəliyi kimi bir problemi varsa, tərkibindəki duzun çox olması səbəbindən turşu istehlakından çəkinməlidir. Bu xəstələr turşuları pəhrizlərinə daxil etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.
Evdə hazırlanan turşular hər zaman hazır olanlardan çox istifadə edilməlidir. Turşuların hazırlanmasında xlorsuz içməli sudan istifadə, təbii və ya üzvi yolla istehsal olunan tərəvəzləri seçmək, daş duzundan istifadə etmək və gigiyena qaydalarına riayət etmək çox vacibdir. 
Hətta turşuların tərkibinvə xərçənglə mübarizə aparacaq maddələr olur. Amma unutmayın, turşu qədərində istehlak edilməlidir. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar