Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda məşhur uşaq bağçasından ŞOK GÖRÜNTÜLƏR yayıldı

Tarix: 10-09-2025 21:41     Baxış: 332 A- / A+
Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

Belə ki, vətəndaş hadisənin "Predu" uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

O bildirib ki, uşaq bağçasına aylıq 1 144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

"Söhbət mənim 3 yaşlı övladımdan gedir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?" ,- deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

Məsələ ilə bağlı "Predu" uşaq bağçasından bildirilib ki, kadrlarda əks olunan uşaq aprel ayında bağçaya qəbul olunub:

"Bağçaya başlarkən valideynləri uşaqdakı mövcud problemlər haqqında məlumat verməyib. Ancaq uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur. Uşaq psixoloq və loqoped dəstəyi alırdı. Qrupda uşaqlara qarşı aqressiv davranışları artdığı üçün valideynlərinə onun qrupdan kənarlaşdırılması təklif edilib. Ancaq ailə bunu qəbul etməyib, bağçaya qarşı təhdidkar ifadələr işlədib. 

Valideynin qeyd etdiyi ödəniş miqdarı da reallığı əks etdirmir. Görüntülərin əvvəlində kadrları kəsildiyi və sürətləndirildiyi üçün bu şəkildə kobud görünür. Ancaq bağçamızda hər hansısa uşağa qarşı kobudluq halı olmayıb. Müşahidə kameralarımız 7/24 aktivdir". iqtisadiyyat.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar