Xəbər lenti
Deputatdan təklif: Hərbçilərə ev verməkdənsə, həmin evə uyğun məbləğdə ödəniş edilsin

Daxili qoşunlar Silahlı Qüvvələrin tərkib hissəsi sayılsa da, ehtiyata buraxılandan sonra onlara mənzillər verilmir.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
Qüdrət Həsənquliyev deyib ki, bu ədalətsizlikdir: “Yaxşı olardı ki, bu məsələ daxili qoşunların zabitləri və müddətdən artıq hərbi xidmət edənlər üçün də nəzərdə tutulsun. Bunu qanunvericilik subyekti ilə danışmalıyıq. Digər tərəfdən, yaxşı olardı ki, onlara ev verilməkdənsə, xidmətdən artıq xidmət edən zabitlərə müəyyən məbləğ pul ayrılsın. Hazırda ordu üçün evlər tikilir, amma bəlkə adam orda yaşamaq istəmir, ailəsinə yaxın yerdə ev almaq istəyir? Biz bu məsələni qaldıraq. Eyni zamanda daxili qoşunların komandanına səlahiyyət verilməlidir ki, müddətdən artıq qulluq edən zabitlərlə müqavilələr imzalansın və onun hansı iş gördüyü bilinsin. Bu, onların hüquqlarını qorumaq baxımından əhəmiyyətlidir”.
O bütün hərbi qulluqçulara ev verməkdənsə, onlara həmin evə uyğun məbləğdə ödəniş edilməsini təklif edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar