Xəbər lenti
Siqaret çəkmək mədəaltı vəzi xərçəngini sürətləndirir – Yeni ARAŞDIRMA

Bu barədə ABŞ-nin Roqel Xərçəng Mərkəzinin alimləri araşdırmanın nəticəsinə uyğun elan ediblər.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, siqaret tüstüsündəki zəhərli maddələr şişlərin davranışını dəyişir, onların böyüməsini sürətləndirir və metastazı tezləşdirir.
Bu prosesdə interleykin-22 (IL-22) zülalını istehsal edən və bədənin təbii antişiş müdafiəsini zəiflədən T-tənzimləyici hüceyrələr mühüm rol oynayırlar. Təcrübələrdə siçanlardan həmin hüceyrələr bütünlüklə çıxarıldıqda siqaret tüstüsünün şiş böyüməsini stimullaşdırmaq qabiliyyəti də yoxa çıxıb.
Alimlər bu nəticələri mədəaltı vəzi xərçəngi olan xəstələrdən götürülmüş nümunələri təhlil etməklə də təsdiqləyiblər. Məlum olub ki, siqaret çəkən xəstələrdə T-tənzimləyici hüceyrələrin miqdarı siqaret çəkməyənlərə nisbətən əhəmiyyətli dərəcədə çoxdur. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar