Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Belə kartofları qətiyyən yeməyin - Açıqlama

Tarix: 07-09-2025 09:13     Baxış: 329 A- / A+
Belə kartofları qətiyyən yeməyin - Açıqlama
Mütəxəssislər yaşıl rəngə çalan kartofun sağlamlıq üçün təhlükəli olduğunu açıqlayıb.
Manevr.az xəbər verir ki, RОSBİOTEX-in dosenti Polina Kulaç bildirib ki, yaşıl kartof təkcə "iştahsız görünən" deyil, həm də zəhərli ola bilər. Risklərdən qorunmağın ən yaxşı yolu düzgün saxlama və yeməkdən əvvəl diqqətlə yoxlamaqdır.
Günəş işığı altında və 4 dərəcədən yuxarı temperaturda saxlanma nəticəsində kartofda solanin adlı zəhərli maddənin miqdarı kəskin artır.
Onun sözlərinə görə, işıqda qalan kartofda xlorofil (zərərsiz piqment) və solanin eyni vaxtda sintez olunur. Solaninin cəmi 2-5 milliqramı insanın hər kiloqram çəkisinə düşdükdə zəhərlənmə yarada bilər. Bu, ürəkbulanma, qusma, qarın ağrısı, başgicəllənmə, ağır hallarda isə halüsinasiyalar və sinir sisteminin pozulması ilə müşahidə olunur. Bişirmə və qızartma toksinin yalnız bir hissəsini məhv edir, yəni təhlükə qalır.
Ekspert bildirib ki, solanin qana düşdükdə ürək-damar, sinir, tənəffüs və ifrazat sistemlərinə zərər vurur, çox miqdarda olduqda tənəffüsün dayanmasına, əzaların iflicinə və hətta ürək dayanmasına səbəb ola bilər. Ən çox risk altında olanlar uşaqlar, hamilə qadınlar və həzm sistemi xroniki xəstəlikləri olan insanlardır.
Kulaç tövsiyə edib ki, kartof qaranlıq və sərin yerdə saxlanılsın, azacıq yaşıl olan hissələr isə qabıqla birlikdə 1-2 santimetr dərinlikdə kəsilib atılsın. Çox pozulmuş və cücərmiş kartofun yeyilməsi təhlükəlidir, onu yalnız əkində istifadə etmək olar.(milli.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar