Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qazlı və şəkərli içkilər kişilərdə keçəlləşməyə səbəb olur - Araşdırma

Tarix: 05-09-2025 21:49     Baxış: 323 A- / A+
Qazlı və şəkərli içkilər kişilərdə keçəlləşməyə səbəb olur - Araşdırma
Şəkərli və qazlı içkilər saç tökülməsinə səbəb ola bilər.
Manevr.az  xəbər verir ki, bu barədə portuqaliyalı elm adamları araşdırma aparıb. 
Qidalanma və sağlamlıq jurnalında dərc edilən və 17 fərqli araşdırmaya istinad edilən tədqiqat saç sağlamlığı və qidalanmanın əhəmiyyətini bir daha üzə çıxarıb.
Xüsusilə kişilərdə rast gəlinən saç tökülməsi onların qorxulu yuxusuna çevrilib. Araşdırmalara görə, kişilərin təxminən dörddə biri 20 yaşlarında keçəlləşmə əlamətləri ilə mübarizə aparır. Bu nisbət 50 yaşa qədər 85%-ə yüksələ bilər.
Portuqaliyalı alimlərin yeni araşdırması nəticəsində məlum olub ki, xüsusilə enerji içkiləri və şəkərli qazlı içkilər saçın sıxlığına, qalınlığına və parlaqlığına mənfi təsir göstərir.
Tədqiqatçılar qeyd ediblər ki, həftədə 3,5 litrdən çox (təxminən 11 qutu) bu içkilərdən istifadə kişilərdə saç tökülməsi artır.
Qazlı içkilər birbaşa saç tökülməsinə səbəb olmasa da, yüksək kofein və şəkər səviyyələri stress hormonu kortizol səviyyəsini artıraraq qan dövranı pozğunluqlarına səbəb ola bilər. Bu, saç follikullarını zəiflədə bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar