Xəbər lenti
Tələbələrin diqqətinə: Kirayə adı ilə dələduzluq edilir

Manevr.az xəbər verir ki, bu barədə təhsil eksperti Adil Vəliyev sosial şəbəkə hesabında paylaşım edib.
Ekspert bildirib ki, yaxınları bu dələduzluğun qurbanı olub:
“Keçən gün bir dostumuzun rayonda yaşayan qohumları Bakıda universitetə qəbul olduqları üçün elan saytlarından birindən ev bəyəniblər. Saytda yazılan nömrə ilə əlaqə saxlayanda qarşı tərəf 100 manat beh (pul) göndərməli olduğunu deyib. Bəli, düşündüyünüz kimi, pul karta göndəriləndən sonra nömrəyə zəng çatmayıb.
Bu arada onlayın razılaşmadan da çəkinin. Çünki sizə göndərilən vəsiqə sizdən öncəki qurbanın vəsiqəsi, ev şəkilləri isə fərqli saytlardan götürülmüş ola bilər.
Ona görə də mümkün qədər universitet yataqxanalarına üz tutun. Yer olmasa, bir neçə gün öncədən qəbul olduğunuz universitetin yerləşdiyi şəhər və ya rayona gəlib, ev sahibi ilə rəsmi müqavilə əsasında kirayə müqaviləsi bağlayın ki, daha sonrakı qurban siz olmayasınız”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar