Xəbər lenti
Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar

Manevr.az milli.az-a istinadən xəbər verir ki, bunu ekspert Asiyat Abdullayeva bildirib.
Onun dediyinə görə, şorbanın saxlanma müddəti tərkibindən və soyuducuda saxlama şəraitindən asılıdır.
Tərəvəz və göbələk şorbaları: 3-4 gün
Ət və toyuq bulyonları: 4-5 gün
Balıq şorbaları: 1-2 gün
Süd və krem şorbaları: 2-3 gün
Mütəxəssis qeyd edib ki, şorba iki saatdan çox otaq temperaturunda qalmamalı, sonra +4°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Hər dəfə qaynatmaq saxlanma müddətini 1-2 gün uzada bilər, lakin çox isitmək dad və qida dəyərini azaldır.
Uğurlu saxlama üçün şorbanı kiçik porsiyalara bölmək və konteyneri kip bağlı saxlamaq tövsiyə olunur. Əgər şorba 5 gündən çox saxlanacaqsa, onu 2-3 ay müddətinə dondurmaq daha məqsədəuyğundur.
Mütəxəssis vurğulayır: şorbanın dadı, qoxusu və rəngi şübhəli görünürsə, onu yeməkdən çəkinmək lazımdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar